adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 May 2015 13:58
48850
RUBRİKA

"Yadların doğma sözü"

"Yadların doğma sözü” adı altında dünya xalqlarından seçmə hikmətli sözlərin bu dəfəki təqdimatında ispan atalar sözləri olacaq. Əvvəlcə bu xalq haqqında məlumat verək:

İspanlar - Avropanın qərbində, Priney yarımadasında yerləşən İspaniyanın yerli əhalisidir.Təxminən 40 milyon əhalisi olan İspaniya müxtəlif tarixi vilayətlərin və etnikqrupların əsasında formalaşmış vahid dövlətdir. Bundan başqa, ən böyük hissəsiLatın Amerikası olmaqla dünyanın bir çox bölgələrində İspan mühacirlərininkökündən olan milyonlarla İspan yaşayır. Beləliklə, dünya üzrə 135 milyonayaxın İspan yaşayır.

İspanlardünyada öz adları ilə müxtəlif sahələrdə səs salmış millətdir. İspaniyanı istərkeçmiş, istərsə də müasir zamanın görkəmli şəxslərinin vətəni hesab etmək olar.Bu ölkə dünyaya çox maraqlı və istedadlı insanlar bəxş edib ki, onlarınarasında: memarlar, rəssamlar, aktyorlar, rejissorlar, idmançılar və müğənnilərinadlarını çəkmək olar. Migel de Servantes, Lope de Veqa, Fransisko Qoya, Pikasso, Salvador Dalí, Dieqo Velaskes, MonserratKabalye, Xulio İqlesias, Enrike İqlesias, Antonio Banderas, Penelopa Kruz, RaulQonzales, Fernando Torres, David Vilya və başqalarıdır.

Bununlabelə, bütün dünyada sevilən Flaminqo rəqsləri ölkənin Əndəlüs vilayətinəaiddir, buradakı bütün ispanlar ərəb törəmələridir. Bir neçə il bundan öncədünya şöhrətli musiqiçi Karlos Santana müsahibələrinin birində etiraf etmiş vəbütün ispandilli xalqları da etirafa çağırmışdı ki, nəinki rəqsləri, həttamusiqiləri də mavrlardanqalmadır, tərkibində şərq notları var.


Bir az daİspaniya haqqında maraqlı faktlar:

 

1. İspanhimninin sözləri yoxdur.

 

2.İspaniya Avropa ölkələri arasında barların, restoranların və gecə klublarınınsayına görə rekord göstəriciyə malikdir.

 

3. 2005-ciildən etibarən ölkədə eynicinsli nigahlar qanunlaşdırılıb.

 

4. Üç ildənçox İspaniya ərazisində qeyri-qanuni yaşayan mühacirlər İspaniyada yaşamağaicazə ala bilmək imkanını əldə edirlər.

 

5. Özünəhörmət edən ispaniyalı, demək olar ki, heç vaxt evdə səhər yeməyi yemir. Səhəryeməyini burada kafelərdə yeyirlər. Burada gec yeməyə başlayırlar. Günorta saat2-də burada səhər yeməyi edirlər və axşam saat 10-da şam edirlər.

 

6. Məşhurİspan müğənnisi Xulio İqlesias 20 il ərzində «Real Madrid» klubunda qapıçıolaraq oynamışdı. Lakin ciddi avtomobil qəzasında onun hər iki ayağı iflicolmuşdu. İqlesias yalnız əlləri ilə hərəkət edə bildiyi üçün o, gitarada çalmaqbacarığını təkmilləşdirmişdi.

 

7.Korridanın İspaniyanın rəmzi olmasına baxmayaraq, bir çox ispaniyalılar bu ənənəninləğv edilməsini istəyirlər.


 

8. İspanlarıniki soyadı var: anaların və ataların soyadları.

 

9.İspaniya qanunvericiliyinə əsasən istənilən çimərlikdə çılpaq günəş vannaları qəbuletmək olar.

 

10.İspaniyada demək olar ki, hər bir barda içkisifariş edən şəxslərə pulsuz olaraq yemək verirlər. Məsələn, fri kartofları,xamon, mini sendviçlər.

 

İndisəispanların ata nəsihətlərindən:

 

Axmaqlarbazara getməsəydi çürük mallar satılmazdı.

Arınınyediyi bala dönər, hörümçəyin yediyi zəhərə.

Birqadına etməməli olduqlarını söyləmək ona nələr edə biləcəyini göstərməkdir.

Heç vaxtheç kimə müharibəyə getməyi və evlənməyi nəsihət etmə.

Ərinəsahib olmaq istəyirsənsə,əvvəlcə onun mədəsinə sahib ol.

Arvadıgöstər, deyim əri necə adamdır.

Don Kixotolmaq üçün yola çıxan bir çox insan evə Sanço Panso olaraq döndü.

Həqiqətində, gülün də tikanı var.

İtləyatan birəylə qalxar.

Qara əlləriağ əlcəklə gizlədirlər.

Qürurluinsandan soyunu soruşmazlar.

Küləyətüpürən üzünə tüpürər.

Sahibiçox olan quzunu sonda qurdlar yeyər.

Vərdişlərəvvəlcə hörümçək toru kimi olurlar, sonra isə qalın iplərə dönürlər.

Qırılanağacdan hərə bir budaq qoparar.

Gözəlliktəbiətin qadınlara verdiyi ilk hədiyyə, eyni zamanda geri götürdüyü ilk şeydir.

Qorxuylakeçən həyat yarımçıq həyatdır.

Üç şeyinçoxluğu və üç şeyin azlığı adama ziyandır: çox danışmaq və az bilmək, çox xəyaletmək və az iş görmək, çox xərcləmək və az qazanmaq.

Allahyuxudan tez duranları sevir.

Yaxşıqanunlar pis adətlərdən doğulub.

İstedadsızyazıçı günahı qələmdə görür.

Musiqiçilərhər yeni əsərləri ilə öz gözlərini və qulaqlarını bizə hədiyyə edirlər.

Şeytan,şeytan olduğuna görə çox bilmir, təcrübəli olduğuna görə çox bilir.


Şəfiqə Şəfa