adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Iyun 2015 15:26
51666
RUBRİKA

"Yadların doğma sözü"

"Yadların doğma sözü” adlı dünya xalqlarından seçilmiş hikmətli sözlərin budəfəki təqdimatında çin atalar sözləri olacaq. Əvvəlcə bu xalq haqqında məlumat verək:

Çinlilər - Şərqi Asiyada yerləşən bu böyük dövlətin əhalisi dünyada sayınagörə birinci, ərazisinə görə isə üçüncü ölkədir (birinci Rusiya, ikinci isəKanadadır). Dünyanın heç bir ölkəsində Çində olduğu qədər şəhərli (500 milyon nəfər)və milyonçu şəhər (40-dan çox) yoxdur. Şəhərlərin 90%-dən çoxu ölkənin şərqhissəsində yerləşir. Ən iri şəhərləri Şanxay, Pekin, Tyantszin və Şenyandır. Çini dünyanın ən qədimsivilizasiyalarından biri adlandırırlar. Çin dili bugünkü günəqədər istifadə olunan ən qədim dillərdən biridir. Çin adı Tsin imperator sülaləsinin adından əmələ gəlib.  Çini həmçinin"Gül krallığı” da adlandırırlar.

Bu gün dünya iqtisadiyyatında hökmranlıq edən, bununla belə bəşəriyyətikeyfiyyətsiz, təhlükəli mallarla təchiz edən Çin tarixin yaddaşında bir sıraicadları ilə də qalıb. B. e. ə. 130-cu ildə Çjan Xen, Çin astronomu və ədəbiyyatşünas,zəlzələlərin monitorinqi üçün ilk cihaz icad edib. Çinlilər kompas, kağız,barıt və möhürü icad ediblər. Tualet kağızı ilk dəfə 1300-cü ildə Çində düzəldilib. Çərpələnglər də 3000 il bundan əvvəl Çində icad olunub. İlkin olaraq onları əyləncəməqsədləri ilə deyil, hərbdə də istifadə edirdilər. Rəqibi qorxutmaq üçünmüharibə zamanı çərpələngi havaya buraxırdılar. Çin dondurmanın vətənidir. Avropaya "soyuq”desertin resepti səyyah Marko Polonun sayəsində gəlmişdi. İlk dondurmaları südün vəqarın qarışığından düzəldirdilər. Su Sonq adlı dövlət xadimi ilk mexanikisaatların ixtiraçısı olub.


Çin haqqında maraqlı məlumatlar:

 

Çində hava o dərəcədə çirklidir ki, hətta atmosferadakı bütün tullantılarSakit okeanı keçərək San-Fransiskoya gedib çıxır. 

Pekində nəfəs almaq gün ərzində 21 siqaret çəkməyə bərabərdir. 

Hər il Çində təxminən 4 milyon pişik yeyilir.

Ən uzun tıxac rekordu Şanxayda qeydə alınıb. 99kilometrlik tıxac 12 günə açılıb. 

Dünyada hər beşinci insan çinlilərdir.

Çində bir zamanlar qıdıqlama bir işgəncə metodu idi. Çünki həm işgəncəverən iz buraxmırdı, həm də işgəncəyə məruz qalan adam tezliklə özünə gəlirdi.


Görək, çinli müdriklər insanlığa nə tövsiyə verirlər:

 

Ağac nə qədərhündür olursa olsun, yarpaqları yenə də yerə tökülər.

Ağıllıadam dəlini danlamaz.

Ağıllıbir adam tək öz təcrübələrindən, çox ağıllı bir adam başqalarının da təcrübələrindənfaydalanar.

Ağız yeyəndəmədənin də fikrini soruşmalıdır.

Arvad seçərkənözündən savadsızını, dost seçərkən özündən savadlısını seç.

Qadınainanan, özünü aldadar. İnanmayan da qadını aldadar.

Erkənqalxmayan arvad, söz dinləməyən övlad, mahbuzla getməyən atın varsa at getsin.

Eyniyastığa baş qoymaq, eyni yuxunu görmək demək deyil.

Ata yəhərinəgörə qiymət biçmə.

Başqalarınıdanlayar kimi özünü danla, özünü bağışlayar kimi başqalarını bağışla.

Birininağlından keçəni bilmək istəsən, söylədiklərini dinlə.

Böyükinsanların iradələri, zəiflərin isə ümidləri olar.

Bütü düzəldənlərona səcdə etməzlər, çünki onu necə düzəltdiklərini yaxşı bilirlər.

Çoxdanışan çox səhv buraxar.

Çox keflianınızda kimsəyə bir şey vəd etməyin. Çox hirsli anınızda kimsəyə cavab verməyin.

Dərinolan quyu deyil, qısa olan ipdir.

Dünyadaqüsursuz iki insan var: biri ölən, o biri isə hələ doğulmayan insandır.

ƏgərTanrı yağış yağdırmaq və anan ikinci dəfə evlənmək istəsə, buna kimsə mane olabilməz.

Ən yaxşıdöyüş baş tutmayan döyüşdür.

Ən itiqılınşı cəsur əsgərə verirlər.

Güclülərmaneələri, müdriklər bütün yolu keçərlər.

Gülüşdolu koma darıxdırıcı saraylardan daha zəngindir.

Heç kimboğulma ehtimalı üzündən yeməyi rədd etməz.

Xəncərkimi bir dilə, lakin pambıq kimi bir ürəyə sahib ol.

İçkini tərgitməkistəsən, sərxoşa bax.

Kiçikyaxşılıqları unutma, kiçik səhvləri unut.

Küncəqısılanda dovşan da dişləyər.

Qardaşlarortaq işləsə dağlar qızıldan olar.

Ən böyükhəbsxana içimizdədir.

Meşədə dəyaşasan ağacın qədrini bil.

Oyunoynamaq fikrindəsənsə, oyunun qaydalarını, bitmə vaxtını öncədən müəyyən et.

Önünəatılan nizədən qorunmaq asandır, sən arxadan atılandan qorx.

Sevgisizinsan cilalanmamış almaz kimidir.

Seviləninsan sevgisini insanlara verən insandır.

Zamanbütün qapıları səbirli insanların üzünə açır.

Yaxındakılarıxoşbəxt et, uzaqdakılar özü gələcək.

Yaşlısansaöyüd ver: gəncsənsə. yaşlıların öyüdlərini eşit.

 

Şəfiqə Şəfa