Yağışlar yağanda...
Bakıya yağış yağanda bir qayda olaraq şəhərin müxtəlif yerlərində yaranmış gölməçələrin və su toplantısının əlindən tərpənmək mümkün olmur. Belə havalarda həddindən artıq su toplanmış yerlərdən avtomobillər keçə bilmir və hətta bəzi avtomobillər o gölməçənin içərisində qalaraq xarab olur, salona su dolur. Üstəlik də, bu cür mürəkkəb şəraitdə tıxacların da baş verməsi qaçılmazdır.
Ona görə də Bakı bu cür mürəkkəb hava şəraitinə hazır olmalıdır. Dirinaj xətlər və kanalizasiya sistemləri normal işləməlidir ki, fasiləsiz yağan yağış sularını çəkib aparsın. Amma təəssüf ki, biz hər yağış yağanda bunun əksini görürük, kanalizasiya sistemlərinin normal işləməməsi nəticəsində küçələrdə gölməçələr yaranır, su toplanır və bu zaman da hər dəfə gördüyünüz hadisələr yenidən təkrarlanır.
Ondansa ən çox əziyyəti çəkənlər sürücülər və hərəkət iştirakçılarıdır. Aidiyyatı qurumlar vaxtında gəlib problemi aradan qaldırsalar, vəziyyət düzəlir, qaldırmasalar avtomobillər gölməçələrin içərisində xarab olub qalır.
Emil FAİQOĞLU
Digər Xəbərlər
10 Sentyabr 2026 15:47
Bu atları saxlayanlara 1000 manat veriləcək
10 Sentyabr 2026 09:18
25 ailə doğma yurduna qayıdır
09 Sentyabr 2026 16:58
“Subsidiyaya əsl dəstəyə ehtiyacı olanlar 20, 30, 50 baş heyvan saxlayan kəndlilərdir”
09 Sentyabr 2026 12:53


Bakı -°C

