"Yaprak Dökümü"nün aktrisası vəfat etdi - FOTO
"Yaprak Dökümü" serialında "Neyyir hanım" obrazı ilə yaddaşlara həkk olan aktrisa Bedia Ener Öztep 70 yaşında dünyasını dəyişib.
Adalet.az xəbər verir ki, aktrisanın ölüm xəbərini oğlu sosial mediadan "Salamat qalın, mən mələk oldum", - qeydi ilə açıqlayıb.
Qeyd edək ki, "Kırık Kanatlar", "Bir Zamanlar Osmanlı", "Ada Masalı" və "Mahallenin Muhtarları" kimi bir çox əhəmiyyətli layihələri ilə tanınan teatr sənətçisi Bedia Ener Öztepin ölüm xəbəri pərəstişkarlarını kədərləndirib.