01 Dekabr 2023 14:10
1435
ƏDƏBİYYAT

Yazıçı: “Məmməd Araz haqqında heç nə demək lazım deyil, çünki...”

Xəbər verdiyimiz kimi bu gün Xalq şairi Məmməd Arazın vəfatından 19 il ötür. 

Adalet.az-a açıqlamasında yazıçı Seyran Səxavət Xalq şairi haqda öz fikirlərini bölüşüb:

“Mən fikirlərimi qısa deyəcəm. Məmməd Araz çox böyük şairdir. Çox böyük də insandır. Şəxsən onu tanıyırdım. Biz o vaxtkı gənclərin üstündə onun əməyi çox böyükdür. Onun poeziyası birbaşa adamın iliyinə, qanına, varlığına, canına işləyir. Ondan o qədər şeirlər əzbər bilirəm ki, səhərə qədər oxuya bilərəm. Məsələn, özü haqqında tam təsəvvür yaradır deyir ki, “Özüm də bilmirəm kiməm, nəçiyəm, Mən bütün dərdlərə abunəçiyəm...”, “Anamdan, bacımdan gizlətdiyimi, Qələmdən, kağızdan gizlətməmişəm...”. Yəni Məmməd Araz haqqında heç nə demək lazım deyil. O, yaradıcılığıyla özü-özü haqqında hər şeyi deyib. Məmməd Araz haqqında ən böyük gözəl, sərrast, dürüst sözü onun poeziyası deyir”-deyə yazıçı bildirib. 

 Vasif Əlihüseyn