Yazıçı: “O, şəxsiyyət deyil axı”

Yazıçı Seyran Səxavət “Qapqara” proqramında maraqlı açıqlaması ilə diqqət çəkibş
Adalet.az xəbər verir ki, yazıçı xəyanət, xoşbəxtlik və həyatla mübarizə əzmi kimi fikirlərə aydınlıq gətirib:
“Bizim şəxsiyyətimizi təsdiq edən sənədə “şəxsiyyət vəsiqəsi” deyirik. Bəziləri isə “kimlik” deyir. Kimlik daha uyğundur. Çünki ələbaxanın da, mənəviyyatdan xəbəri olmayanın da vəsiqəsinə “şəxsiyyət vəsiqəsi” yazılır. O, şəxsiyyət deyil axı. Şəxiyyət tarixi yaradanlar və idarə edənlərdir. Onda belə çıxır ki, Azərbaycanda təxminən 11milyon əhali var. Bunların hamısı böyük şəxsiyyətdir? Hamımız bilirik ki, bu belə deyil. Bir xalq bütövlükdə şəxsiyyətlərdən ibarət ola bilməz axı. Bu səbəbdən də o vəsiqənin adı “kimlik” olsa daha doğru olar. Yəni həmin sənəd sənin kimliyini təsdiq edər.
İnsan başını aşağı salıb adam balası kimi yaşamağı ilə məşğul olmalıdır. Çox ora- bura dartılmalı deyil. Mübarizə sözünü insanlar özlərindən uydurublar. Bu, uydurma bir məntiqdir. Mən işə gedirəm, işdən evə gəlirəm. Bu yaşamaqdır, mübarizə deyil. Ermənilərə qarşı mübarizə aparırıq deyirlər. Bu müharibədir, bu mübarizə deyil.
Mübarizə, xoşbəxtlik, xəyanət- bunlar hamısı uydurma- uydurma şeylərdir. Heç nə özbaşına baş vermir. Hər şeyin bir səbəbi var.
Demokratiya ədalətsizliyi nizamlayan pərsəngdir. Sivilizasiya, yəni sivil bəşəriyyət deməkdir. Məsələn kim mənimlə necə istəyir elə danışa bilər. Bu sivilzasiya yox, zibilzasiyadır. “
Əntiqə Kərimzadə
Digər Xəbərlər

“Söz”ün Sevdası

Millət vəkili, yazıçı Aqil Abbasla görüş keçirilib - REPORTAJ

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır
