Yekaterinburqda işgəncəyə məruz qalan bir nəfər Azərbaycana qayıdıb, ekspertiza təyin olunub

Rusiyanın əməliyyat axtarış qurumlarının əməkdaşları tərəfindən ən azı 14 nəfərin saxlanması, saxlanılan şəxslərdən 2 nəfər istisna olmaqla 12 nəfərin Azərbaycan vətəndaşı olması, onlardan ən azı 7 nəfərə qarşı fiziki zorakılıq və işgəncələrin tətbiqi müəyyən edilib.
Adalet.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
O bildirib ki, həmin şəxslərdən 2 nəfər dünyasını dəyişib, iki nəfərin Yekaterinburqda yerləşən xəstəxanalarda müalicəsi davam etdirilir, 1 nəfər Azərbaycana qayıdıb: "Onun barəsində tibbi ekspertiza təyin olunub. Digər 2 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 1-i isə buraxılıb".
Digər Xəbərlər

Kamran Əliyev Hərbi Prokurorluğun bu idarəsinə rəis təyin etdi

Baş prokuror Qəbələdə vətəndaşları qəbul edəcək

Tramp: ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır
