Yeni dünya düzənində Azərbaycan-Çin münasibətləri
Aprelin 23-də Prezident İlham Əliyev və Sədr Si Cinpin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalayıblar.
Bəyanata əsasən hər iki ölkə bir-birini etibarlı və strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiqləyır, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdil qərar verir. Eyni zamanda tərəflər ölkələrinin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün qorunmasında bir-birinə dəstək verdiklərini qətiyyətlə vurğulayırlar. Sənəddə habelə daha yüksək səviyyəli, yüksək dayanıqlı və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılıq ifadə olunub.
İki ölkənin enerji, nəqliyyat sahəsində əməkdaşlığının yüksək qiymətləndirildiyi və logistika, daşınmaların səmərəliliyinin artırılmasına dəstəyin yer aldığı bəyanatda Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişə diqqət çəkilib. Bildirilib ki, Çin birgə şəkildə təhlükəsiz, sabit, birbaşa və Çin-Avropa-Çin transxəzər ekspress-marşrutları yaradaraq, gömrük rəsmiləşdirilməsinin rahatlığı səviyyəsinin, yük daşımalarının səmərəliliyinin ardıcıl şəkildə artırılması məqsədilə Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Hər iki tərəf beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin razılaşdırılması və bağlanmasının sürətlənməsində, Azərbaycan və Çin arasında avtomobil daşımaları üçün əlverişli şəraitin səviyyəsinin artırılmasında, ikitərəfli ticari-iqtisadi əməkdaşlıq üçün dayaq yaradılmasında maraqlıdır.
Bəyanatda elmi-tədqiqat müəssisələri və elm adamlarının qarşılıqlı maraq kəsb edən mövzularda birgə tədqiqatlar aparması, tələbə mübadiləsini davam etdirməsi, Azərbaycan və Çin dillərinin tədrisinin təşviqi, müxtəlif tipli təhsil müəssisələri arasında müxtəlif səviyyəli tərəfdaşlıq əlaqələrinin qurulması barədə razılıq da yer alıb.
Bəyanat iqtisadi və ticarət sahələrini deyil, həm də siyasi, mədəni, hərbi, elmi və texnoloji sahələri əhatə edir. Pekində bu bəyanatla yanaşı, hökumətlərin imzaladığı 20-dən çox sənəd, o cümlədən Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi barədə saziş strateji tərəfdaşlıq münasibətlərinə, qlobal səviyyədə sülhə, sabitliyə və inkişafa, tarixi İpək yoluna yeni nəfəs gətirəcək. Strateji tərəfdaşlıq Azərbaycan ilə Çinin regional və qlobal səviyyədəki maraqlarını gücləndirməyi, mövcud olan əlaqələri daha da dərinləşdirməyi, hər iki ölkənin qlobal təsir gücünü artırmağı vəd edir.
Cəbi Quliyev
Milli Məclisin VI çağırış deputatı
Digər Xəbərlər
13 Fevral 2026 11:51
Azər Məmmədov: İlham Əliyevin müəyyən etdiyi “Azərbaycanın yeni rəqəmsal arxitekturası”ölkəmizi...
13 Fevral 2026 10:10
Yeni inkişaf strategiyası: Enerjidən rəqəmsal gücə doğru
13 Fevral 2026 08:14
Rəqəmsal gələcəyə hesablanmış strateji addım
12 Fevral 2026 08:50
Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri
12 Fevral 2026 08:40
Bakıda mühüm siyasi sənəd: Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq güclənir
12 Fevral 2026 08:40
Altı aylıq sülh təcrübəsi: yeni reallıq
11 Fevral 2026 18:02
ABŞ–Azərbaycan münasibətlərində yeni strateji mərhələ: yüksəksəviyyəli siyasi etimadın təzahürü
11 Fevral 2026 15:28


Bakı -°C

