adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Dekabr 2014 16:14
65325
RUBRİKA

Yeni il "Ədalət"lə

Yeni il – yaxud ən bədbin insanda belə ümidqığılcımı yarada bilən köhnə ilin son günü... Bütöv ili təyin edəcək, həmişəkindən fərqliolaraq günü yox, ili dəyişən sonuncu saat... Əqrəbin son tərpənişi ilə başlayıryeni arzulara, uğurlara, xəyallara və nəhayət gerçəkliklərə gedən yol...Yaşanacaqlar taledir, amma o taledə insan olaraq payımıza düşəni etmək, əzmnümayiş etdirmək boynumuzun borcudur. Buna görə də cəhdimiz, əzmimiz yaxşılıqüzərində qurulsun ki, gələcək günlər ondan özünə pay biçsin. Belə bir deyimvar: ili necə qarşılasan, o il elə də keçəcək. Yeni il gününün, gecəsiningeyiminizdən tutmuş əhval-ruhiyyənizə qədər müsbət kökləməkdə Adalet.az olaraqyardımçı ola bilsək, nə xoş halımıza. Elə isə başlayaq! Amma əvvəlcə üzümüzəgələn il haqqında danışaq:

Yola salacağımız Mavi taxta at öz yerinihəmrənglisi – mavi taxta keçiyətəhvil verəcək. İlin rəngi sizi çaşdırmasın: mavi rəng ən sakit,təskinləşdirici, rahatladıcı, mülayum rənglərdəndir. Əslində rəng baxımındanillər arasında elə bir dəyişiklik olmayacağı üçün köklü surətdə dəyişiklikgözləməyə dəyməz.  

Şərq təqvimində keçi bərəkətli, yığıcı, qənaətcilhesab olunur. Amma il, düşündüyümüz kimi yanvarın 1-də deyil, fevralın 19-dantəhvil veriləcək. Keçi taxtadan olduğu üçün ağac bu ilin simvoludur. Ağac isəsusuz mövcud ola bilməz, buna görə də rəng mavi (yaponlara görə yaşıl), yəni surəngi hesab olunur. Bu da öz növbəsində təmkinlilik, yumşaqlıq, ammaqeyri-sabitlik əxz edəcək.    

Astroloji proqnozlara inam birmənalı olmasa da, şərqdünyasında onun xüsusi çəkisi var. Şərqlilər münəccim rəyi olmadan nə yeni ilə,yeni ailəyə, işə, səfərə ürək etməyiblər. İl təqviminə də şərq analizi iləyanaşsaq, o zaman onların bu barədə proqnozlarına da barmaqarası baxmamalıyıq. Beləliklə,mavi keçi bizə nə vəd edir? Hər halda keçi atdan daha sakit heyvan olduğunagörə, ilin sakit keçəcəyi güman edilir. Amma keçinin tərsliyi, inadkarlığıhaqqında  bunu demək olmaz. Bu, mənim gümanımdeyil, elə şərqlilərin də fikirləri haçalanır. Buna baxmayaraq,  il haqqında fikirlər ürəkaçandır. Keçi qədimÇində güc, müdriklik, liderlik simvolu hesab edilirdi və talisman olaraqimperator sarayında istər heykəl və digər aksessuarlar qismində saxlanılırdı. Keçi,ona güvənənləri yalnız irəliyə aparır, bir şərtlə ki, ona etibar edib,rəhbərliyini qəbul edəsən.

Üzümüzə gələn ili həm də tədbirlilik, ehtiyatlılıqaşılayır. Keçi mübariz olsa da, əzmini gücünü hər xırdalığa sərf etməz.   

 

Görək bürclər yeni ildə nə vəd edir!




Qoç bürcü 

2015-ci ilin ən şanslı bürclərindən biridir. Böyük əziyyət çəkmək lazım gəlməyəcək. Uğur onların tərəfində olacaq və buna görə də, bu bürc altında doğulanlar sadəcə bütün imkanlardan istifadə etməli və həyata "hə” söyləməlidirlər.

Buğa bürcü 

Yeni ildə Buğa bürcü altında doğulanları daha əhəmiyyətligörüşlər gözləyir. Bu bürc altında doğulanlar özlərini başqalarından fərqləndirəbiləcəklər.  Bir çox adamlar üçün əhəmiyyətlihadisələr baş verəcək. Buğa bürcü altında doğulan qadın 2015-ci ildə özünü dahaçox xoşbəxt hiss edəcək. Bu bürcün kişiləri də ön planda dayanmağa çalışacaqlar.

Əkizlər bürcü 

Bu il əkizlər bürc altında doğulanlar maddi çətinliklərləqarşılaşacaqlar. Bu sizi qətiyyən ruhdan salmamalıdır. İlin ilk aylarında çətinliklərinçoxunu dəf etmək mümkün olacaq. İlin əvvəli sıxıcı olsa da, sonrakıaylar daha yaxşı keçəcək. Bu il bir az daha çox fədakar olmalısınız. Kənarmüdaxilələrdən özünüzü və ailənizi qoruyun. 

Xərçəng bürcü 

Bu il xərçəng bürcü altında doğulanlar üçün şanslıolacaq. Evi olmayan kəslər bu il ev sahibi ola bilərlər. Qərarlarınızda qətiyyətlivə əmin olmalısınız. Birçox vacib qərarlar verilərkən  hisslərinizədeyil, məntiqinizə üstünlük verin.  

Şirbürcü 

Şir bürcü üçün 2015-ci ilin sonlarında xoş surprizlərolacaq. Xoşbəxtlik anları gec olsa da, əmin olun ki, gözləməyə dəyəcək.İlin əvvəlində isə çətinliklərlə qarşılayacaqlar. Yaxınlarınızın qəbul etdiyi qərarlarsizin üçün xoş olmaya bilər. Bu qərarlar sizi nə qədər üzsə də, qətiyyən ruhdandüşməyin. İstənilən problemlərin həll olunmasında sakit bir şəkildə hərəkət etməlisiniz.

Qız bürcü 

2015-ci ildə xüsusi dəyişiklik gözlənilmir. İşlərinizdəbəzi problemlər yaransa da, daha sonra xeyrinizə həll olacaq. Bu da sizi dahada püxtələşdirəcək. Pul mövzusunda heç bir çətinlik yaşamayacaqsınız. Payızdasizə vəzifə təklif oluna bilər. Eyni zamanda bir neçə iş görəcəksiniz. Sevgi iləbağlı isə bir az sıxıntılarınız olacaq, amma bu gərginliyi yaradan özünüzolacaqsınız. Əsəblərinizə hakim olsanız, səadət sizdən yana olacaq. 

Tərəzi bürcü 

2015-ci ildə eşq həyatında bir çox yeni şəxslərlətanış olacaqsınız. Bu il böyük sürprizlər olacaq. Verəcəyiniz qərarları ənyaxın və ən sevdiyiniz dostlarınızla paylaşsanız daha yaxşı olar. Həyatınızındadönüş yarada bilicək insanlarla tanış olacaqsınız. Yeni tanışlıqlarıdüzgün dəyərləndirməyiniz tövsiyə olunur. 

Əqrəb bürcü 

Yeni ildə bir çox fərqliliklər olacaq. İş həyatı hərzaman olduğu kimi keşməkeşli olacaq. Əqrəblərin sevgi həyatı 2015-ci ildədurğun keçəcək. Bu bürc altında doğulanlar tərəddüd içində olacaqlar. Ailə məsələlərindəcütlər arasında yenə problemlər yaranacaq. Amma səbr və əzmkarlıqla ilinsərt üzünü yumşalda biləcəksiniz. 

Oxatan bürcü 

Oxatanların həyatında isə bir çox dəyişikliklərolacaq. Sərt davranış və romantiklikdən uzaq olan oxatanlar 2015-ci ildə yenieşq macaraları yaşayacaqlar. Bu da onların həyatına rəng qata bilər.Ətrafınızda olanlar sizləri qınayacaqlar. Onların söylədikləri sizin davranışınızıdəyişdirməsin. Çalışın insanlara güvənin.

Oğlaq bürcü 

2015-ci il bu bürclər üçün narahat keçəcək. Çətinlikləridəf etmək üçün problemlərə aniden reaksiya verməyin. Problemləri ağıllı şəkildəhəll etmək lazımdır. Bu da sizin problemlədən üzüağ çıxmağınıza şəraityaradacaq. Bir çox fərqli səbəblərdən həyatlarına yeniliklər qatmaq məcburiyyətindəqalacaqlar. Maddi baxımdan problemlər yaşanmaması üçün qənaətli olmağınıztövsiyə edilir.  

Dolça bürcü 

Yeni ildə bir çox iş təklifləri alacaqsınız. Bu təkliflərədərhal cavab vermək yerinə, düşünərək hərəkət etmək lazımdır. Bu sizin müvəffəqiyyətqazanmanıza kömək edər.Uğurlarınızın davam etməsini istəyirsinizsə,2015-ci ildə sevgi məsələlərinə az yer verin. 

Balıq bürcü 

2015-ci il bir xeyli durğun keçəcək. Bu durğunluğuməhəbbət münasibətləri qurmaqla dəf edə bilərsiniz. İş adamları üçün çox dəyişiklikolmayacaq. Maddi baxımdan isə vəziyyət pis olmayacaq. Uğur qazanmaq istəyənlərciddi qərarlar verməsə yaxşıdır.

Ardı var...