Yeni virus SÜRƏTLƏ YAYILIR - Xəstəxanalar doldu, çox sayda insan...
ABŞ-dan sonra Böyük Britaniyada da norovirus infeksiyası rekord həddə çatıb.
Adalet.az Musavat.com-a istinadən xəbər verir ki, son məlumatlara görə, hər gün orta hesabla 961 xəstəxana çarpayısı ishal, qusma və norovirus əlamətləri olan xəstələrlə dolub.
Bu göstərici əvvəlki həftə ilə müqayisədə 7% artıb və mövsümün ən yüksək səviyyəsi hesab edilir.
Norovirus mədə-bağırsaq iltihabına (qastroenterit) səbəb olan yüksək yoluxucu bir virusdur. Əsas simptomları ürəkbulanma, qusma və ishaldır. Bəzi hallarda qızdırma, baş ağrısı və əzələ ağrıları da müşahidə edilir.
Virus çirklənmiş qida, su, səthlər və ya yoluxmuş insanlarla təmas nəticəsində yayılır.
Mütəxəssislər gigiyena qaydalarına ciddi əməl etməyi tövsiyə edirlər. Əlləri mütəmadi olaraq sabun və su ilə yumaq virusdan qorunmanın ən effektiv üsuludur. Meyvə-tərəvəzlərin yaxşıca yuyulması və mətbəx səthlərinin təmizlənməsi də vacibdir. Yoluxma hallarında tibbi yardıma müraciət etmək tövsiyə olunur.
Digər Xəbərlər
14 Mart 2026 14:28
Hava şəraiti infarkt riskini artıra bilər
14 Mart 2026 12:47
Şəhid ailələri üçün tibbi müayinə aksiyası təşkil olunub - FOTOLAR
13 Mart 2026 17:57
TƏBİB bizə lazımdırmı?
13 Mart 2026 14:53
Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb
13 Mart 2026 14:09
Murad Dadaşovun səhətində problem yarandı, xəstəxanaya yerləşdirildi - FOTO
13 Mart 2026 14:04
Azərbaycanda 10 nəfər qızılcaya yoluxub
13 Mart 2026 10:07
Şəkərli diabet xəstələri niyə saatlarla növbədə gözlədilir? - VİDEO
10 Mart 2026 13:20


Bakı -°C

