YEYİM,YEMƏYİM?

FƏRİDƏ RƏHİMLİ
20607 | 2019-02-08 15:28

İndi belə çıxırki, əllərində moruğun, çiyələyin qırmızı ləkəsiylə

meşədən çıxanbiri ilə, əlləri qanlı cinayətkar arasında az fərq olacaq...

Adətən ipə-sapayatmayan birisinə hansısa bir qanun maddəsini örnək göstərəndə müticəsinə: "Qanunqarşısında boynum qıldan incədir",- deyir. Yəni, qanun qanundur, əmrdir,müzakirə olunmaz!

Amma son illərinbəzi qanun-qayda dəyişiklikləri, qanuna yenidən baxılmalar məni bir vətəndaşkimi nəinki qane etmir, hətta qıcıqlandırır, əsəbiləşdirir, bəzən də acı-acıgüldürür.

Horadiz əməliyyatındansonra kəndimizə dönən insanlar bir çox çətinliklərlə rastlaşdılar ki, onlardanbiri də kəndlinin yeməyindən, geyimindən kəsib, aldığı mal-qaraya, toyuq-cücəyədaraşan canavarın, vaşağın, tülkü-çaqqalın öhdəsindən gələ bilməmələri idi. Həminvaxt yazdığım kimi, insanlar bilmirdilər daim pusquda olan vəhşi düşməndənmiqorunsunlar, yoxsa vəhşi heyvanlardanmı. Canavarı öldürməksə qadağan edilmişdi."Qırmızı kitab"a düşdüyü üçün nəsli kəsilmək təhlükəsi varmış! Deməli,canavar həyətindəki yeganə var-dövlətinolan qoyunu yesin, ən müasir nəqliyyat vasitən olan eşşəyini parçalasın,tülkü-çaqqal hindəkilərin hamısını boğub, birini də səhər yeməyi üçün götürsünvə sən də baxıb "nuş olsun!" de! Yaxşı heyvanı keçdik, canavar oinsanın balasına hücum edibsə? İnsanın nəsli kəsilmə təhlükəsi yoxdu deyəbalalarını nəsli kəsilən canavara qurbanmı versinlər?..

İki il əvvəlrayona gedərkən yolda bir təntənəli avtomobilkarvanı ilə rastlaşdım. Rastlaşdım deyəndə ki, bu xarici marka olduğu hərhalından bəlli olan, Amerika kinolarındakı şeriflərin avtomobillərinə bənzəyən,üstündə çoxlu projektorlarla və iri təkərləri ilə vahimə yaradan karvan bizimmaşını toza basıb keçdi. Yol kənarlarında qoyulmuş sürət həddi lövhələrini sayasalmadan uzaqlaşan avtomobillərə biz xeyli keçəndən sonra, onlar yol kənarındadayandıqları üçün çata bildik və öyrəndik ki, bunlar ərəb şeyxləridir, hər bir əyləncənisınaqdan keçirdikləri üçün birdən keyflərinə düşüb ki, eycahanlıqdı, durubSalyana quş ovuna getsinlər. Çiynində qırğı olan yaylıqlı ərəbin üz-gözündənsaymazlıq və hicabsız qadına baxışından hərislik, həyasızlıq yağırdı. Ərazidəeləcə torpağın üstündə palaz sərib sərələnmiş, ətrafda iri toy qazanları,tiyanları yemək bişirməyə hazır vəziyyətdə idi. Bir ayın içində Hacıqabul,Salyan, Neftçala, İmişli, Biləsuvar və s. ərazidə bir quş uçurtmadılar, hamısıo qazanlarda qaynadı.

Bir neçə gün əvvəlkasıb təbəqənin bir neçə nümayəndəsinin iki-üç dovşan ovladıqları üçün məsuliyyətəcəlb olunmalarını eşidəndə o ərəblərin həyasız simasını xatırladım...

Son qərardaqanunsuz giləmeyvə yığanların məsuliyyətə cəlb olunması məsələsi isə lap pəstahadı.Mən kənddə böyümüş insanam. Kənddə meşənin, bağın meyvələri ümumi olar, hamı bəhrələnəro giləmeyvədən, meyvədən. Bizim kənd aran ərazidə olduğu üçün ümumi sahələr o qədərçox deyildi, hər kəsin öz bağ-bağatı olardı. Yediyini yeyər, qış tədarükü görər,artığını qonum-qonşuya, əkə bilməyənlərə havayı verərdilər. Kənddə bir-birinə nəyisəsatmaq yazılmamış qanunlarımızda yox idi (qaçqınlıqdan dönəndən sonra çoxmeyarlar dəyişdi, buna da təsir etdimi, bilmirəm!)...

Giləmeyvəqadağası dağ kəndi olan Yuxarı Rəfədinliyə - dayımgilə getdiyimiz o əlçatmazuşaqlıq illərimi, o vaxt mənəucsuz-bucaqsız görünən bağları, meşələri yadıma saldı. Kəndin hər birüzvünə çatırdı, hətta artıq qalıb ağacda quruyurdu o meyvələr. Meşəni gəzməyəçıxıb geri dönəndə evdə yemək istəməzdik, çünki mədəmizi giləmeyvələrlədoldurmuş olardıq. Çır armud, əzgil, zoğal, müxtəlif alma sortları, çiyələk,moruq ətrafa səpələnmiş halda idi və istədiyin qədər ye, topla evə apar - aranzonasından gəlmiş uşaqlar üçün bu, bir möcüzə idi.

İndi bu qərardan sonra özümü Rəfədinlidə (təəssüfki, indi düşmən işğalı altındadı...) təsəvvür elədim - meşə ilə gedirəm, çiyələk,moruq ayağımın altına uzanıb, armud-alma başıma qapaz vuraraq: Məni ye!- deyirlər.Mən də çiynimi çəkirəm və işarət barmağımı sağa-sola hərəkət etdirərək: Yoo,olmaz! Qanun yol vermir, sizi yeyə bilmərik, çürüyün orda, ya da bir pullu işadamı çıxıb zavoda daşısın sizi, şirə, cemşəklində, həm də illərlə xarab olmayasınız deyə müxtəlif konservantlarqatılmış halda bahalı, urvatlı şəkildə evimizə gələrsiniz, - deyirəm.

Amma çiyələyinqırmızı yanaqları, bal tökülən dodaqları, küncütvari xalları məni yolumdansaxlayır. "Yeyim, yeməyim?","Yeyim, yeməyim?" sualı başımda nağara səsinə dönüb,qulaqlarımda guppuldayır. Suala cavabtapmaq üçün bir çobanyastığı çiçəyi tapıram, ləçəklərini yolaraq: "Yeyim,yeməyim!" sayıram - Ye! - deyir. Əlimi uzadıb, bir dənəsindən bir şeyolmaz demək istəyirəm ki, yarıyolda sağ əlim sol əlimin üstündən vurur: Əstəğfürullade, Müqəddəs Qanun qadağan edib!

Mədəm artıq şirəniifraz edib, şeytanla mələk də gəlib toplantı qurublar başımın üstündə, hansınaqulaq asım bilmirəm. Bildiyim bir odur ki, ağzımın suyunu güclə saxlayıram və...qanunu pozuram, çünki ACAM!..

P.S. Yazı çapa təqdimolunanda duydum ki, Nazirlər Kabinetininbu anlaşılmaz qərarını gərəksiz sayan ölkə prezidenti İlham Əliyev onu ləğvedib.

TƏQVİM / ARXİV