Yollar İstanbula aparır... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
183 | 2025-05-12 09:30

Xəbər verdiyimiz kimi, Böyük Britaniya, Almaniya, Fransa və Polşanın liderləri, Rusiya- Ukrayna müharibəsində 30 günlük atəşkəs əldə olunması məsələsini müzakirə etmək üçün, dünən Kiyevə gəliblər.  

  Görüşün nəticəsi elan edilmədən, Rusiya Federasiyasının prezidenti Vladimir Putin, gözlənilmədən, tərəflərin heç bir şərt irəli sürmədən mayın 15-də Ukrayna  nümayəndələriylə İstanbul danışıqlarının bərpa edilməsi təşəbbüsü ilə çıxış etdi. 

 Xatırladırıq ki, üç il bundan əvvəl Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayib Ərdoğanın təşəbbüsü ilə Rusiya və Ukrayna arasında, məsələnin sülh yolu ilə həll edlməsi üçün İstanbul danışıqları başlamışdı. İstanbul danışıqlarında münaqişə tərəfləri arasında mümkün razılaşma da əldə olunmuşdu. Lakin, Ukrayna tərəfi Qərbin, daha doğrusu Böyük Britaniya və ABŞ-ın fitvası ilə razılaşmadan imtina etmişdi. 

 Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğandan görüşün keçirilməsinə şərait yaradılmasını xahiş edəcəyini bildirib. 

 Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki,  Qərbin mayın 12-dən atəşin dayandırılması təklifinə, Rusiya prezidenti Vladimir Putin müsbət cavab verəcəyi təqdirdə, onunla İstanbulda şəxsən görüşəcək.

 Zelenski Telegram-kanalında qeyd edib ki, mayın 12-dən atəşin tam dayandırılmasını gözləyir:  "Həftənin dördüncü günü  Putini İstanbulda gözləyirəm".

 Deyəsən, "buzlar əriməyə başlayır". ABŞ prezidenti Donald Trampın da, geç də olsa müharibəni dayandıracağı ilə bağlı verdiyi vədlərin yerinə yetirilməsi üçün müəyyən işartıların  görünməsinə ümidlər artır.  ABŞ prezidenti özünün Truth Social sosial səhfəsində bildirib ki,  Kiyev təcili olaraq Rusiyanın Türkiyədə danışıqlara başlamaq təklifini qəbul etməlidir. Ağ Evin rəhbərinin fikirincə, tərəflər İstanbulda ən azından sülh danışıqlarına başlanmasının mümkün olub-olmamaslna aydınlıq gətirə bilərlər. 

 Dünənə qədər irəli sürülən sülh danışıqlarının baş tutması üçün həm Ukrayna, həm də Rusiya tərəfinin gözlənilmədən qarşılıqlı ağır şərtlərdən imtina etməsi buna müəyyən ümidlər verir.

 İndi 30 günlük atəşin dayandırılmasının gələcəkdə də davam etdirilməsi və ən azından qanlı müharibənin dayandırılması, bu danışıqların nəticəsindən asılı olacaq. 

 Görünən odur ki, tərəflər arasında danışıqlar heç də asan keçməyəcək.  Çünki, danışıqlar zamanı həm Ukrayna, həm də Rusiya müəyyən güzəştlərə getməli olacaqlar. Əks halda danışıqlar yenə də nəticəsiz qalmaq təhlükəsiylə üzləşə bilər. Bundan başqa, hazırda  iki mun km-dən çox olan cəbhə xəttində, hər hansı bir tərəfdən və yaxud üçüncü qüvvələr tərəfindən atəşkəsin pozulması üçün təxribatlar da törədilə bilər. Ona görə də, münaqişə tərəfləri təmkinli olmalı, bu cür təxribatlara uymamalıdırlar. Ən azından müharibənin yenidən alovlanmasına imkan verməməlidirlər...

Görüş Türkiyənin paytaxtı İstanbulda keçirilsə də, rəsmi Ankara təhlükəsuzlik məsələlərini təmin edəcək, yalnız tərəflərin ehtiyacı və razılığı olduğu halda danışıqlara dəstək verə  bilər...

   
 

TƏQVİM / ARXİV