adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Yanvar 2018 11:32
167348
RUBRİKA

Yuxuda o qədər xoşbəxt oluram ki... - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər günrastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzunqaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tezxatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əlicibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr,əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxubizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çölboyuyüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizəyuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi.Məşhur psixoanalitik Ziqmund Froyd yuxular haqqında "Yuxularınyozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcudolan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağıyazıçı Narıngül Nadirdir. Adalet.az müsahibəni təqdim edir.

-Froyda görə, yuxu mənasız bir şey deyil,sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

- Əslindəhəqiqət var. İnsanın daha çox qorxduğuvə arzuladığı nəsnələr yuxusuna girir, çox vaxtarzuladıqlarını öz istəyinə uyğunşəkildə yuxuda görür. Və yaxud nədən qorxursansa bu qorxu başqa obrazda insanınyuxusuna girir. Məsələn, məndə həmişə imtahana gecikmək qorxusu olub. Olub ki, imtahan öncəsi bütüngecəni oyaq qalmışam, qorxmuşam ki, birdən yatıb qalaram, imtahana gecikərəm. Yuxularımda da adətən harasa səfər etməkistəyirəm və təyyarəyə, yaxud qatara gecikirəm.Bu yuxunu tez-tez görürəm. Görünür şüuraltımda bu epizod ilişib qalıb vəyuxuda təkrarlanır.


-Yuxularınız həyatınıza necə təsir göstərir,yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Freydöz psixoanalizində göstərir ki, yuxular daha çox keçmişdən xəbər verir. Deməzdim ki, yuxuya görə plan qururam. Daha çoxgördüyüm yuxunun keçmişlə olanbağlarını çözməyə çalışıram. Bilirəm ki, gördüyüm yuxu keçmişdə keçirdiyim hansısa həyəcanınizləridir. Amma etiraf edim ki, bəzən ani də olsa yuxudan sonra həyəcanlandığım anlar olur.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- Baş sındırmasam da gördüyüm yuxuhaqqında düşündüyüm vaxtlar olur.İnsan bəzən özünü xoş əhvala kökləmək üçün bir kod axtarır. Yuxudan sonraeşitdiyin xoş yozum da bir anlıqtəsəllidir. Özünü inandırırsan, gün ərzindəəhvalın düzəlir. Əvvəllər, tələbəlikillərimdə yuxu yozumları kitabım vardı: balaca, yaşıl üzlü kitabdı. Yuxudandurub o kitaba baxırdım. O yuxuların çoxu sevgiylə bağlıydı. Bu yozumlarınözünün də bir marağı, nəşəsi, təsəllisi vardı. Sonralar o kitabı hansısa kirayəevə köçərkən itirdim. İndi nə o kitabımvar, nə də yuxu yozmağa həvəsim.


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- İnanmıram.Ümumiyyətlə mistikaya inanan adam deyiləm.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Çin olan yuxular da olur. Amma butəsadüflərdən də ola bilər. Ola bilərki, gün ərzində təsadüfən yuxudagördüyün görüntülərə uyğun hadisələr baş verər. Bir dəfə yuxuda görmüşdüm ki, kənddəkihəyətimizdə böyük bir izdiham var. Bütün qohum-qonşular bizim həyətə yığışıbiri səbətlərə üzüm yığırlar. Atam həmin üzümü aparıb bazarda satmağa hazırlaşır. Səhər yuxudanoyanandan sonra rayondan zəng gəldi ki, atan rəhmətə gedib. Qəribədir ki,həyətimizə daxil olarkən qonşu qadınlarınıaxşam yuxuda gördüyümlibasda həyətimizdə gördüm. Yuxuyozumlarında adətən "üzüm göz yaşıdır” deyirlər. Qəribə bir yuxu idi. Bütün detallarıyla indi də gözümün qarşısındadır.

-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu vəən gözəl yuxu hansılardır?

-Hərdənanamı yuxuda görürəm. Həmişə də elə yuxuda sevinirəm ki, anam sağdır. Bəzənonunla qucaqlaşıram. O qədər xoşbəxt oluram ki, təsəvvür edə bilmirəm.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Ammaalimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necədüşünürsünüz?

- Mən yuxularıinsanın şüuraltında naşıcasınayazılmış hekayələrə bənzədirəm. Buhekayələr bəzən fraqmental, bəzən dəbitkin olurlar. Bütün hekayələrdə şriftlər qara rəngdə yazılır. Rənglər bəzilərində solğun,bəzilərində tünd olur. Tünd rəngli şriftlərlə yazılanlar insanın yaddaşında qalır. 


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Anamı.

-Yunan filosofu Heraklın yuxu haqda məşhur birsözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxudaolanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”.Siz necə fikirləşirsiniz?

- Belə demək olar ki, yuxuda olanların iki dünyasıvar: biri yuxudakı şəxsi dünyaları, o biri isə onları gözləyən real həyatdakı dünyaları. Bu bölümə yaradıcı insanları dadaxil etmək olar, onların həm özaləmləri olur, həm də real aləmləri.

-Dahi yazıçılardan, rəssamlardan, filosoflardankimləri yuxunuzda görmüsünüz?

- Heç kimi.Mən həyatda akademik insan deyiləm, o da ola yuxuda. Ancaq real həyatdakı yaşantılarımın izlərini yuxuya daşıyıram.

-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Yuxularbizi həqiqətlərə çatdırmır. Daha çox duyğusal edir, sentimentallaşdırır. İnsanancaq üstqatla yaşasa robotlaşa bilər. Yuxugördükdən sonra olurki, insan yuxunun təsiriylə bir müddət özüylə baş-başaqalır, gördüyünün yuxu olmasının fərqinəvarmadan bəzən kövrəlir, bəzən peşimançılıq, təəssüfhissləri keçirir. Bu baxımdan yuxular dainsanı müəyyən qədər saflaşdıra bilir.