adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Iyun 2017 11:25
187795
RUBRİKA

"Yuxunu da həyat kimi yaşamaq lazımdır" - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər günrastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzunqaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tezxatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əlicibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr,əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxubizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyuyüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizəyuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi.Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu"kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olanhəyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı yazar, jurnalist Sərdar Amindir. Adalet.az müsahibənitəqdim edir.


-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrifolunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

-Elə buna görə də mən elmə əsəbiyəm;elm hər şeyin mənasını çözmək yoludur. Təəssüf ki, çözə bilmədiklərinə də çoxbəsit müstəvidə rəngsiz bir don geyindirməyi özünə borc bilir. Buna görə dədüşünürəm ki, bu günə qədər bizə zaman, yer kürəsi, kainat, Allah haqqındagəlinmiş qənaətlər öyrədilməsəydi, insanlar kainatın sirrini çoxdan çözmüşdü.Çünki hər insan son dərəcə dərin potensial deməkdir. Hər bir insanın ən dərinmətləbləri çözmək kimi bir gücü var. Sadəcə bizə öyrədilənlər çox vaxt başımızıqatır və bəzən bu həqiqət adıyla bizə təqdim olunan nəticələr bizi azdırır.Bəzən düşünürəm ki, əgər biz Cənubi Amerika ilə aramızda Atlantik okenınınolması həqiqətini bilməsəydik, arzuladığımız an - ən geci bir neçə saat sonraMeksikadakı İnniaritunu yanımızda görə bilərdik. Bu fikrim gedib Kvantnəzəriyyəsinə, Şrödingerin "qara pişik” paradoksuna çıxır. Yəni bizimhəqiqətlərimiz möcüzələri öldürür. Kainatı öz reallığımıza uyğun nəticələrverməyə vadar edirik. Deyəsən mətləbdən çox uzağa getdim; sözümü ona gətirirəmki, mənasını bəsitləşdirdiyimiz bu həyatda ən ciddi möcüzələrdən biri yuxudur.Yuxu haqqında bizə mənasız qənaətlər təqdim edilib; yuxu oyaq qalmış beyinhüceyrələrinin verdiyi reaksiyanın məhsuludur, nə bilim, beyin qabığınınhansısa davranışlarının adıdır və s. Deyil! Yuxu bizə əslində çox ciddimətləblərdən xəbər verir. Ən uzun yuxunun müddəti səhv etmirəmsə 12 dəqiqə olur.Amma biz bəzən bütün bir günü, həttə bir neçə günü də bu 12 dəqiqə ərzində,yəni yuxuda yaşaya bilirik. Bu fakt özü zamanın insan reallığındanisbiliyindən, ikinci, üçüncü yaşam parallellərinin mövcudluğundan xəbərvermirmi? Orxan Pamuk "Qara kitab”da deyir ki, "O vaxtlar yuxular yaşanar, həyatlar yozulardı”. Bu fikrin ucundan tutub o qədər düşünmək olar ki, sonda yuxuya da gedərsən.

-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görəplanlarınızı qurursunuz?

-Yuxular planlarıma təsir etməsə də,əhvalıma ciddi təsir edir. Bəzən bir yuxunun təssüratını bir neçə günyaşayıram. Reallıq qədər, bəzən reallıqdan da artıq təsiri olan yuxularım olub.Gündəlik gördüyüm qadını yuxuda görüb aşiq olduğum vaxt olub. Bir neçə ay dəlikimi dolaşmışam. Əlim-ayağım əsirdi. Taqətim yox idi ki, başqa ciddi iş görüm. Oqadınından soyuyum deyə o qədər yanlışlarını düşündüm ki... Olmadı. Ümidimikinci xilas yuxusuna qalmışdı. Düzdür, ikinci yuxunu görmədim. Amma o qadınınhəyatımdakı yeri tamam dəyişdi.


- Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Doğmalarımı yuxudanadir hallarda görürəm. Yuxularım reallıqla adekvat olmur. Məsələn, nadirhallarda yenicə baş vermiş bir hadisənin detalları yuxuma girər. Amma yuxudagördüklərimin rəngini daşıyan hadisələrin qısa müddət sonra həyatımda başvermsi halları dəfələrlə olub. Mən bu uyğunluqdan mazoxistcəsinə həzz alanbiriyəm. Və bu uyğunluqları demək olar ki, heç kəslə bölüşmürəm. Yuxu mənimüçün çox intim məsələdir.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-Kimsəylə bölüşmədiyim və yuxu yozumlarıkitablarını da ciddiyə almadığım üçün bu barədə baş sındırmıram. Həm də yuxuyozulduqda heçnə dəyişmir. Həmin yuxumun həyatıma təsiri nə olacaqsa, olacaq.Yəni yozumu deyil, nəticəsi əsasdır. Yuxunu da həyat kimi yaşamaq lazımdır, onuyozaraq sürprizini pozmaq olmaz.


- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-Yuxuların birmənalışəkildə möcüzə olduğuna əminəm. İnsan üçün açılmayan bir qapıdı yuxu. Yuxudaikən bu dünyayla demək olar ki, əlaqəmiz kəsilirsə, yuxuda olduğumuzunfərqinə varmırıqsa, kim zəmanət verir ki, yaşadığımız bu həyat da böyük biryuxu deyil? Yuxuda bir günü 10 saniyəyə yaşaya biliriksə, bəlkə də indi hansısa20 gündür oyanmayan bir divin yuxusuyuq – bəlkə də kəpənəyin.


- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Vallah, yuxularınyozumlarını bilmirəm. Hansı yuxunun pisə, hansının yaxşıya yozulduğundan daxəbərim yoxdur. Ona görə çin olubsa da, xəbərim olmayıb.


- Həyatınızda gördüyünüz ən yaddaqalan və ən gözəl yuxu hansılardır?

-Bax, bunudeyə bilməyəcəyəm.


-Yunan filosofu Heraklit yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlarüçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmivardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Milorad Paviçin Xəzərlər haqqında məşhur əsəri var –"Xəzər lüğəti”. Bu əsərdə yuxu məsələsinə dərin önəm verilir. "Yuxuovçuları”adlı xüsusi peşə sahibləri olubmuş. Hansı ki, onlar insan yuxularınamüdaxilə edə bilib, insanların yuxusunu yaşaya bilib. Düzdür, bu əsər daha çoxbədiidir. Və Paviçin qüdrətli qələminin məhsuludur. Amma mən ötən əsrlərdəinsanların daha müdrik, daha ruhani, daha təmiz və ideallarına daha yaxınolduğunu düşünürəm. Xəzər mədəniyyəti də həmçinin. Hazırda texnologiyanıninkişafının bizi əsl mətləbdən uzaqlaşdırdığına əminəm. Bütün bu yeniliklərinsanın dünyəvi inkişafına xidmət edir. Dünyəvi inkişaf isə təkəbbürdür,insanın əzələ nümayişidir. Biz öz gücümüzü özümüzə göstərir, kiminsə boğazındankəsib digərinin ifratını təmin edirik. İnkişaf dediyimiz də budur. Bütünnailiyyətlər kimlərinsə geriləməsi sayəsində baş verib. Bir sözlə bizimxoşbəxtliyimiz kiminsə bədbəxtliyi üzərində qurulub. Yaxud bədbəxtliyimizləkimlərisə xoşbəxt edirik. Ona görə bu günkü praqmatik sahələrin inkişafıruhaniyyatı məhv edir. Bu gün bizim yuxu kimi möcüzə haqqında danışmağımız beləəksər insanlara nağıl kimi görünür. Sözüm ondadır ki, son dərəcə maraqlımədəniyyətə malik olan Xəzərlərin dünya tarixinə ən çox məlum olankeyfiyyətlərindən biri də "Yuxu ovçuluğu” olub. Ciddiyə alınası şeydir yuxu.


- Dahi yazıçılardan, rəssamlardan, filosoflardankimləri yuxunuzda görmüsünüz?

-Xatırlamıram. Neçəvaxtdır fantastik yuxu görmürəm. Son zamanlar ən böyük yuxu arzum MövludMövluddur. O gedəndən sonra yuxuma gəlməyib. Qəzetlərə maraq göstərdiyinibilirəm, ona görə Mövluda burdan da səslənirəm. Həmişə deyirdim ki, "Mövlud,adın yetərincə çətin addı, demək olmur – Mövlud. Sən də götürüb birini də əlavəeləmisən, olub Mövlud Mövlud”. Amma indi iki dəfə deməklə də yetmir...Mövlud... Mövlud... Mövlud... Yuxuma gəl.


- Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

-Yəqin ki, çatdırmır.Amma inanıram ki, insan o qədər təmiz ola bilər ki, ona həqiqət yuxuda vasilolsun. Söhbət ali həqiqətdən gedir. Məncə bu həqiqət çox asandır. İnsanşüurunun vara bilmədiyi qədər asan. Təəssüf ki, biz inkişafı mürəkkəblikdəgörürük. Amma bir də dönüb arxaya baxsaq... Məsələn, kilomterlərlə qaçan, bütünrəqiblərini arxada qoyan atlet finişə bir addım qalmış dursa, qollarını açıbgeri dönsə, heyrətlə ona baxa-baxa qaçan rəqiblərinin üzünə baxsa, bəlkəhəqiqət ordadı,o tərli, heyrət dolu, yorğun, sevincə çevrilməkdə olan təəssüflüsimalarda... Bəlkə də başqa yerdə. Amma bizim getdiyimiz bu yolun üfüqlərindəbelə həqiqət görünmür. Nə qədər təmiz olmalıyıq ki, bu həqiqət bizə ənam kimi yuxuda verilə...