"Zabuxda köklü şəkildə məskunlaşmış bir nəfər də erməni olmayıb" - VİDEO
Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətin - qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan yaradır.
Adalet.az xəbər verir ki, Laçın rayon Zabux kənd sakini Məhər Quliyev bildirib ki, Laçın rayonunun digər kəndlərində olduğu kimi, Zabuxda da keçmişdən köklü şəkildə məskunlaşmış bir nəfər də erməni olmayıb, onların Azərbaycan ərazilərinə qarşı olan iddiaları yersizdir.
Tezliklə dogma yurdlarına qayıdacağını bildirən M. Quliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.
Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Zabux və Sus kəndinin sakinləri fikir və duyğularını bölüşür, tarixən Azərbaycana məxsus olan həmin torpaqlarda əvvəllər ermənilərin yaşamadıqlarını bildirirlər.
Digər Xəbərlər
05 Aprel 2026 10:12
Çəpiş ətinə tələbat niyə artıb?
03 Aprel 2026 16:11
Sabahdan yağış başlayır - XƏBƏRDARLIQ
03 Aprel 2026 13:10
Şənbə günü intensiv yağış yağacaq, şimşək çaxacaq
03 Aprel 2026 12:23
Azərbaycana turist axını azalıb
03 Aprel 2026 11:23
Əhmədbəyli–Füzuli–Şuşa yolu ödənişli olacaq
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35


Bakı -°C

