Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı ünvanlayıb.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Başsağlığında deyilir:
"Pakistanın Əfqanıstanla sərhədində yerləşən Hayber-Paxtunxva əyalətinin Orakzay rayonunun ərazisində xaincəsinə törədilmiş terror aktı nəticəsində qardaş Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun şəhid olması barədə xəbər məni hədsiz kədərləndirdi. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik".
Digər Xəbərlər

Putindən AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı AÇIQLAMA

İlham Əliyevlə Putinin görüşündən VİDEO

“Rusiya hazırda qəbul etdiyi daxili qanunlarla qonşuları ilə təcrid siyasətinə keçir”

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb

“Düşünmürəm ki, Rusiya ilə münasibətlərin düzəlməsi ehtimalı yüksək olsun...” - Politoloq

İlham Əliyev Tacikistanda səfərdədir - FOTOLAR

“Kreml türk dövlətləri arasında artan inteqrasiyadan narahatdır”
