Zakir Həsənov Selçuk Bayraktarla görüşdü - FOTO
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüşdə Z.Həsənov iki qardaş ölkə arasında münasibətlərin bütün digər sahələrdə olduğu kimi hərbi sahədə də uğurla inkişaf etdiyini bildirib.
“Baykar” şirkətinin Türkiyənin müdafiə sənayesindəki böyük rolu olduğunu diqqətə çatdıran nazir qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalat potensialının daha da artırılmasının əhəmiyyətini vurğulayıb.
S.Bayraktar göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, qarşılıqlı səfərlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsinə müsbət təsir göstərdiyini xüsusi qeyd edib.
Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün də iştirak etdiyi görüşdə tərəflər pilotsuz uçuş aparatları, radioelektron mübarizə, insansız sistem vasitələri və digər sahələrə dair ətraflı fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər
10 Iyul 2026 11:26
“Rusiya bununla Azərbaycanın Ukraynadakı iqtisadi iştirakının risk daşıdığını göstərmək”
10 Iyul 2026 11:15
Azərbaycanla Ukrayna arasında yeni müqavilə ratifikasiya olundu
10 Iyul 2026 11:00
Milli Məclisin iclası başladı
10 Iyul 2026 10:51
“Bəzi hökumət başçıları üçün bu hədiyyəni öz ölkəsinə aparmaq problemə çevrildi”
10 Iyul 2026 10:45
“Namərd və ləyaqətsiz düşmənin sözünə, imzasına heç vaxt etibar etmək olmaz!”
10 Iyul 2026 10:38
“Qarşıdakı aylarda da neft qiymətlərinin daha da yüksəlməsi real ssenaridir”
10 Iyul 2026 10:25
“Səfir Tehranın təlimatıyla bizə dil uzadır...”
10 Iyul 2026 10:10


Bakı -°C

