adalet.az header logo
  • Bakı -°C
10 Iyul 2026 10:10
74
SİYASƏT
A- A+

Azərbaycan və Serbiya mütəxəssisləri görüş keçirib

Azərbaycan və Serbiya respublikalarının Müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iyulun 8-də Bakı şəhərində hər iki ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib.

Bu barədə Adalet.az-a MM-dən məlumat verilib.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində təşkil edilən görüşdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində mövcud vəziyyət, müasir çağırışlar və təhdidlər, kritik informasiya infrastrukturunun mühafizəsi, kiberinsidentlərə qarşı mübarizə, təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması və birgə təlimlərin təşkili istiqamətində əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər kibertəhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin, bilik və təcrübə mübadiləsinin genişləndirilməsinin hər iki ölkənin müdafiə potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.