Zakir Həsənov Türkiyəni təbrik etdi
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə və Baş Qərargah rəisi ordu generalı Metin Güraka təbrik məktubu ünvanlayıb.
Bu barədə Adalet.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Məktubda deyilir: "Sizi, ailənizi və tabeliyinizdə olan şəxsi heyəti Cümhuriyyət Bayramının 100-cü ildönümü münasibətilə ən səmimi diləklərimlə ürəkdən təbrik edir, Sizə cansağlığı, uzun ömür, ailə səadəti, çətin və şərəfli işinizdə müvəffəqiyyət arzulayıram.
Mustafa Kamal Atatürk, silahdaşları və şanlı Türk ordusu ilə birlikdə bir milləti əsarətdən qurtararaq, ardından da yepyeni bir ulus quraraq, 29 oktyabr 1923-cü ildə Türkiyə Respublikasını elan etdi. 1923-cü ildən bəri müstəqillik yolunda Türkiyə Respublikası bütün çətinliklərə mərdliklə sinə gərdi. Müstəqillik uğrunda döyüşlərdə Türk əsgərinin yenilməzliyini, Türk xalqının rəşadətini düşmənlər də öz xatirələrində etiraf ediblər. İstiqlal Savaşında Türkiyə vətəndaşlarının göstərdiyi şücaətlər Türk tarixində qızıl hərflərlə yazılmış, əfsanələr yaratmışdır.
Bir daha Sizi Cümhuriyyət Bayramının 100-cü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edir, dövlətçilik və azadlıq uğrunda adını tarixə qızıl hərflərlə yazmış şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anıram".
Digər Xəbərlər
30 Iyun 2026 19:29
“Azərbaycana qarşı əsassız qətnamələrin qəbulu mütəmadi xarakter alıb”
30 Iyun 2026 18:41
"4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb" - XİN
30 Iyun 2026 17:16
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi
30 Iyun 2026 15:30
Frank Şvabe kimdir və nə istəyir?
30 Iyun 2026 13:21
"Sahibkar elə başa düşür ki, yatırdığı investisiyanı 1 il içində götürməlidir" - Deputat
30 Iyun 2026 12:02
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir
30 Iyun 2026 11:39
Azərbaycan Ukrayna ilə memorandum imzalayacaq
30 Iyun 2026 11:29


Bakı -°C

