27 Fevral 2024 11:37
1589
ŞOU-BİZNES

Zarina Qurbanova: “Əzdiyim cücəni tikdim”

Aktrisa Zarina Qurbanova  uşaqlıq illərindn danışıb.

Adalet.az xəbər verir ki, akrtisa uşaq vaxtı dəcəl olduğunu söyləyib:

“Xalam qızının da, mənim də 7 yaşımız var idi- yaşıdıq. Bizə cücə almışdılar. Biri sarı idi, biri qara. Səhər tezdən ayaq yoluna  gedəndə cücə ayağımın altında qaldı. Bir də gördüm qəribə səs gəldi. Sən demə cücəni əzmişəm, içalatı çölə çıxıb. İynə-sapla cücənin qarnını tikdim. Cücə ayağa qalxıb yeriməyə başladı.  Bir az yıxıla- yıxıla getdi. Sonra yazıq heyvanın ürəyi partladı”.

Əntiqə