Zelenski Ceyhun Bayramovu qəbul edib
"Mən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Bu, nazirin Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bəri Ukraynaya ilk səfəridir".
Adalet.az bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz "X" hesabında yazıb.
Zelenski bildirib ki, Ceyhun Bayramov səfərinə İrpin şəhərindən başlayıb və Azərbaycanın dəstəyi ilə fəaliyyət göstərən məktəbə, xəstəxanaya və reabilitasiya mərkəzinə baş çəkib.
"Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə Ukraynaya gələrək bizə dəstək göstərmək imkanı tapdığınıza görə sizə dərin təşəkkürümü bildirirəm. Xalqımızla həmrəy olduğunuza görə təşəkkür edirəm", - Zelenski əlavə edib.
Zelenski Azərbaycan XİN rəhbərinə Rusiyanın Ukraynaya qarşı davam edən hücumları, Qara dənizdəki vəziyyət və Rusiyanın taxıl dəhlizlərini blokadaya alması barədə məlumat verdiyini, yüksək səviyyəli diplomatik təmasları, müdafiə sahəsində tərəfdaşlığı, eləcə də energetika, neft-qaz sənayesi və kənd təsərrüfatı sahələrində iqtisadi əməkdaşlığı müzakirə etdiklərini bildirib.
Zelenski sonda Ukraynaya verdiyi dəstəyə, enerji və humanitar yardımlarına, eləcə də iki ölkə arasında aparılan konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib.
Digər Xəbərlər
09 Sentyabr 2026 19:31
Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi
09 Sentyabr 2026 18:32
“Həqiqətlərə bağlılıq qələbəyə aparır...”
09 Sentyabr 2026 18:00
Sahibə Qafarova BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb
09 Sentyabr 2026 17:08
“Paşinyan Rusiya tərəfindən devrilməyəcəyinə öncədən təminat almaq istəyir”
09 Sentyabr 2026 15:03
İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
09 Sentyabr 2026 13:39
Azərbaycan və Ermənistan bu barədə razılaşıb
09 Sentyabr 2026 13:17
Ceyhun Bayramov ermənistanlı həmkarı ilə görüşəcək
09 Sentyabr 2026 12:22


Bakı -°C

