Zelenski “taxıl dəhlizi"dən danışdı - VİDEO
Qara dəniz üzərindən “taxıl dəhlizi”ni işə salmaq üçün təkcə Rusiya Federasiyasından təhlükəsizlik zəmanəti tələb olunmur.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin İsveçin baş naziri Maqdalena Anderssonla görüşdən sonra keçirdiyi mətbuat konfransında verdiyi açıqlamada bildirir:
"Hazırda Türkiyə tərəfi və limanlarımızdan taxılın çıxışının təhlükəsizliyinə cavabdeh olan BMT, nümayəndələrimizlə danışıqlar aparırıq. Amma çox vacib məqam odur ki, bizə taxıl yükləməyə gələcək kimsə müəyyən ölkələrin gəmilərinin təhlükəsizliyinə zəmanət versin. Güvənmədiyimiz Rusiyadan başqa".
Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki , BMT Təhlükəsizlik Şurası iyulda "taxıl dəhlizi" ilə bağlı sazişi təsdiq edə biləcək iclas keçirməyi planlaşdırır.
Gözlənilir ki, tərəflər Ukrayna taxılının ixracı ilə bağlı İstanbulda keçiriləcək görüşdə razılığa gəlsinlər, lakin bunun nə vaxt baş tutacağı hələ bəlli deyil.
Digər Xəbərlər
25 Iyul 2026 00:00
BMT TŞ Ukrayna ilə bağlı iclas keçirəcək
24 Iyul 2026 23:43
"Hər iranlıya qarşı bir amerikalı əsgər öldürüləcək" - Əbdüllahi
24 Iyul 2026 23:38
Gəmiylə Yunanıstana qaçacaqmış - Haluk Leventin saxlanılma səbəbi
24 Iyul 2026 23:36


Bakı -°C

