15 Iyul 2024 11:13
163
SİYASƏT

"Zəngəzur dəhlizi beynəlxalq gündəmə gəlib" - Erməni deputat

"Bir vaxtlar kommunikasiyaların blokdan çıxarılması mövzusu fəal müzakirə olunanda, bura bütün regional yolların açılması da daxil idi"

Adalet.az xəbər verir ki, bu barədə müxalif erməni deputat Tiqran Abramyan öz "Facebook" səhifəsində yazıb.

"Lakin Türkiyə və Azərbaycanın səyləri və rəsmi İrəvanın məğlubiyyət, alçaldıcı siyasəti nəticəsində mövzu hazırda “Zəngəzur dəhlizi” kontekstində beynəlxalq gündəmə gəlib.

Turan siyasi xəttinin sahiblərinin nəyin bahasına olursa-olsun yolu dəhlizə çevirməyə çalışması bir yana, görünür, bu gün heç kimin yadına düşmür ki, Ermənistan da xarici dünyaya açıq yollar açmalı idi", - deyə deputat qeyd edib.