Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək? - AÇIQLAMA
"Prezidenti İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək quru nəqliyyat xəttinin açılacağına heç bir şübhəsinin olmadığını bildirib".
Adalet.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisində işlər tamamlanmaq üzrədir:
"Dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi isə cəmi 40 kilometrdir. Bu o deməkdir ki, işlərin intensivləşdiyi halda dəhlizin daha qısa zamanda istifadəyə verilməsi mümkündür. 15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhvə verəcək. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına imkan yaradacaq.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyin qiymətləndirmələrinə görə, Zəngəzur dəhlizi 2030-cu ilədək istifadəyə veriləcək. Bu dəhliz vasitəsilə Çindən yüklər Londona cəmi 18 günə çatdırıla biləcək. 10 illik proqnoza əsasən, dəhliz 50 milyard dollar gəlir gətirəcək və hər il 60.000-dən çox əlavə iş yerinin yaradılmasına töhvə verəcək".
Digər Xəbərlər
11 Mart 2026 16:58
"Dünya iqtisadiyyatında qeyri-müəyyənlik o qədər artıb ki..." - İqtisadçı
11 Mart 2026 12:55
22 şəhər və rayonda İpoteka Fondunun xəttilə kredit verilməyib
11 Mart 2026 12:49
"Əsas hədəf süni intellekti dövlət idarəçiliyinin aparıcı alətlərindən birinə çevirməkdir" - Nazir müavini
11 Mart 2026 12:41
"Risklərin aradan qaldırılmasına dair 8 standart hazırlanıb" - Nazir müavini
11 Mart 2026 11:28
"Strateji hədəflərdən biri ölkəmizi regionda süni zəka üzrə mühüm mərkəzə çevirməkdir" - Nazir
11 Mart 2026 11:12
“İran hazırda öz neftini sata bilmədiyinə görə...” – Politoloq
11 Mart 2026 10:57
“Xalq Sığorta” şikayətlərə görə “lider” oldu - SİYAHI
11 Mart 2026 09:31


Bakı -°C

