“Zirə” “Turan Tovuz”u, “Sabah” isə “Araz-Naxçıvan”ı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun növbəti oyunları keçiriləcək.
Adalet.az xəbər verir ki, günün ilk görüşü “Zirə” və “Turan Tovuz” komandaları arasında olacaq. Zirə İdman Kompleksindəki matç saat 16:00-da start götürəcək.
Günün növbəti oyunu isə Masazırda keçiriləcək. Burada “Sabah” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Bank Respublika Arena”sında oynanılacaq görüş 18:30-da başlayacaq.
Ötən gün turun açılış qarşılaşmasında “Kəpəz” səfərdə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura sabah keçiriləcək “Qəbələ” – “Səbail” və “Neftçi” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.
Digər Xəbərlər

Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı PAYLAŞIM

“Neftçi”nin şikayəti təmin edilmədi

"Arnold" 1 ay oynaya bilməyəcək

Azərbaycan Kubokunun finalı bu stadionda olacaq

"Uşaq vaxtı oyunlara baxmaq üçün gəldiyim stadionda qol vurmaq fərqli hissdir"

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı
