Zülfiyyə Quliyeva: "Axı bu il məktəbli forması məcburi deyil..."
Bura Bakı Tikiş Evinin qarşısıdır. BTE valideynləri əsir-yesir edib. Bravo ilə anlaşıb, amma ora da lazımı sayda, lazımi rəngdə, lazımı ölçüdə məktəbli forması verə bilmir. Nə zülümdür gərək bu qədər məktəblini BTE geyindirə? Başqa tikiş fabrikləri yoxdur? Niyə bu işi BTE-ə həvalə edirlər? BTE qısa müddətə bu qədər məktəblini geyindirə bilməyəcəyini bilə-bilə niyə bu işin altına girir? Ən sonda, valideynlərdə də günah var. Axı bu il məktəbli forması məcburi deyil, niyə forma almaq üçün bu qədər əziyyət çəkirsiz? Hansı məktəb direktoru, hansı müəllim sizdən yeni forma tələb edirsə niyə nazirin çıxışını ona göstərmirsiniz?