adalet.az header logo
  • Bakı 13°C

170 il yol gələn kitab

ETİBAR CƏBRAYILOĞLU
50427 | 2019-06-25 18:12

Xalq Bankın"Xalq Əmanəti" layihəsi Mirzə Şəfi Vazehin bütün əsərlərini oxucularahədiyyə etdi

Azərbaycan mədəniyyətinin,incəsənətinin təbliğinə daim diqqət ayıran Xalq Bank "Xalq Əmanəti"layihəsi vasitəsi ilə çox mühüm işlər görür. "Xalq Əmanəti"nin on səkkizincinəşri böyük Azərbaycan şairi, mütəfəkkiri, marifçi-pedaqoqu Mirzə Şəfi Vazehinyaradıcılığına, bu gün də Avropada maraqla qarşılanan irsinə həsr olunub. XalqBankın Baş Ofisində Mirzə Şəfi Vazehin ilk dəfə bütün əsərləri toplanan kitabıntəqdimat mərasimi keçirilib.

Gəncədən köçməyəməcbur olan Gəncəli müdrik "Vazeh"-yəniifadəli, aydın təxəl

lüsü ilə Azərbaycanvə fars dillərində yazıb-yaradan Mirzə Şəfi Kərbəlayi Sadıq oğlu 1794-cü ildə Gəncədədünyaya gəlib. Erkən yaşlarında mədrəsədə dinin əsaslarını öyrənən gələcəyin məşhurşairi təhsilini başa vurduqdan sonra Azərbaycan və şərq ədəbiyyatına, sufilik fəlsəfəsinədə böyük maraq göstərib. Gənc şair yazdığı əsərlərində insan ruhunun əzəmətini,sevgi, həyat eşqi, gözəllik kimi dəyərləri vəsf edib. Mirzə Şəfi Vazeh qələmindənçıxan "Yusif və Züleyxa", "Sədi və şah" poemaları, çoxsaylıqəzəlləri, rübailəri, kəskin satira və yumorla dolu aforizmləri dövrü üçün çoxcəsarətli nümunələr idi. Lakin şairin yaradıcılığına, onun tədris vəmaarifçilik sahəsində səylərinə bəzi din xadimlərinin münasibəti birmənalıdeyildi. Daim təzyiqlərə məruz qalan Mirzə Şəfi 1840-cı ildə doğma şəhərini tərkedərək, o vaxt Qafqazın mütərəqqi mədəniyyət, elm və təhsil mərkəzi sayılanTiflisə köçməyə məcbur olur. Mirzə Şəfi Tiflis məktəbində mükəmməl bildiyi"nəstəliq" xətti ilə yazıdan, sonra isə şərq dillərindən və ədəbiyyatdandərs deyir. Şair öz evində "Divani-Hikmət" ədəbi məclisi yaradır.Dövrünün tanınmış şair, yazıçı və filosoflarının çoxu, o cümlədən Vazehinşagirdi və davamçısı Mirzə Fətəli Axundzadə axşamlar tez-tez bu məclisdətoplaşardılar. Eyni zamanda Mirzə Şəfi Azərbaycan poeziyasının ilk müntəxəbatınıyazır və İ. Qriqoryevlə birgə Tiflis gimnaziyası üçün "Tatar-rus lüğətini"tərtib edir.


Mirzə Şəfi vəBodenştedt... Açılmayansirr...

Mirzə ŞəfiVazehin ədəbi məclisinin dinləyicilərindən biri də Qafqazın tədqiqatçısı, almantərcüməçi, ondan bir neçə il ərzində şərq dilləri dərsi alan Fridrix Martin fonBodenştedt idi. Bodenştedtin sözlərinə görə, vətəninə dönərkən Vazeh ona öz əlyazmalarınıverir, Bodenştedt isə müəlliminə əlyazmaları tərcümə edib nəşrinə nailolacağına və bir nüsxəsini ona göndərəcəyinə söz verir. Bodenştedt 1850-ci ildə"Şərqdə min bir gün" adlı kitabını dərc edir və həmin kitabda azərbaycanlımüəllimi, şair Mirzə Şəfiyə və onun şeirlərinə xüsusi yer ayırır. Kitab qısamüddətdə böyük uğur qazanır və 1 il sonra həmin kitabın məzmunu genişləndirilərək"Mirzə Şəfinin nəğmələri" adı ilə ayrıca şeir toplusu kimi dərcedilir.

Vazehin "nəğmələri"Almaniyada nəşr edildiyi 1850 və 1851-ci illərdən sonrakı 40 il ərzində 145 dəfəçap olunub, bu dövr ərzində Avropanın əsas aparıcı dillərinə çevrilib və dünyaşöhrəti qazanıb. O dövrün reallığı nəzərə alınarsa Mirzə Şəfinin Avropadakışöhrətinin miqyasını təsəvvür etmək çox çətindir.

Dövrünün böyükmusiqiçisi, rus pianoçusu və bəstəkarı Anton Rubinşteyn Mirzə Şəfidən seçdiyi12 şeir əsasında silsilə romanslar bəstələyib və bu əsərləri 1855-ci ildə böyükAvstriya-macar bəstəkarı Ferens List bəyənərək nəşrinə yardımçı olub."İran motivləri" adı ilə populyarlıq qazanan romansları sonradan digərböyük rus bəstəkarı Pyotr Çaykovski alman dilindən rus dilinə çevirib, dünyaopera sənətinin əfsanələrindən sayılan Fyodor Şalyapin isə onları uzun illəruğurla ifa edib. 1887-ci ilin noyabr ayında Berlinin küçələrini Fridrix Vilhelmteatrında Emil Polun librettosu və bəstəkar Karl Milyokerin "Mirzə Şəfininşərqiləri" operettasının afişaları bəzəyir.


Fədakar peşəkarlara minnətdarlıqhissi ilə...

Mirzə ŞəfiVazehin "Bütün əsərləri" Xalq Əmanəti" kollektivinin təcrübəsindəən mürəkkəb işlərdən biridir. Beş ildən çox müddət ərzində üzərində müxtəlifölkələrin çoxsaylı mütəxəssislərinin çalışdığı, zərrə-zərrə toplanaraq üç dilətərcümə edilən külliyyatın Gəncəli müdriki və onun yaradıcılığını xalqımızayenidən qaytaracağı şübhəsizdir. Azərbaycan, rus və alman dilərində işıq üzügörən və 170 il yol gələn kitabda ilk dəfə böyük şairin bütün əsərləritoplanıb.

Mirzə ŞəfiVazehin alman dilindəki irsi - Fridrix fon Bodenştedtin çap etdirdiyi üçkitabda yer alan bütün poetik mətnlər nəzərə alınarsa 351 şeirdən ibarətdir. Şairinəsasən N.Qrebnev və L.Maltsev tərəfindən rus dilinə tərcümə olunan əsərlərininsayı 400-ə yaxındır. Bu şeirlərin yarısından çoxunu eyni şeirlərin müxtəlif tərcümələritəşkil edir. Orijinal şeirlərlə birlikdə ana dilimizə tərcümələrin ümumilikdəsayı isə heç vaxt 100-ü ötməyib.

Yaradıcı qrupilk növbədə əski alman əlifbasında olan bütün şeirləri yeni alman əlifbasınakeçirib. Bu şeirlər Mirzə Şəfinin Azərbaycan və rus dillərində indiyədək mövcudşeirləri tərcümələri ilə tutuşdurulub və hər üç dildə çatışmayan şeirlər müəyyənləşdirilib.Bu şeirlərin Azərbaycan və rus dillərində sətri tərcümələri hazırlanıb.

Eyni zamanda Azərbaycanvə rus dillərində mövcud olan şeirlər bir-biri ilə tutuşdurularaq bu istiqamətdədə boşluqlar müəyyənləşdirilib. Azərbaycan dilində çatışmayan 270, rus dilində180, alman dilində isə 15 şeirin sətri və bədii tərcümələri hazırlanıb.

Bu prosesdəalman dilinin tanınmış mütəxəssisləri, alimlər və eləcə də Mirzə Şəfiyaradıcılığının azərbaycanlı tədqiqatçıları professor Akif Bayram, professor FəxrəddinVeysəlli, Vilayət Hacıyev, Yusif Savalan yaxından iştirak ediblər. Almaniyadantərcüməçi-ədiblər Orxan Aras və Karl H.Kiel mətnləri əski alman əlifbasındanyenisinə keçirib və alman dilində bədii tərcümələri hazırlayıblar.

Görkəmli rusşairi Mixail Sinelnikov, istedadlı şair-tərcüməçilər - Nicat Məmmədov və AlinaTalıbova isə mətnləri rus dilinə çeviriblər.

Adları çəkilənrus dili tərcüməçilərinin işləri ilə yanaşı kitaba əsasən N.Qrebnev vəL.Maltsevin tərcümələri olmaqla F.Kaluqin, B.Markov, S.Nadson, İ.Prodan, İ. vəA.Txorjevskilər, P.Çaykovksi, N.Eyfert, P.Yakuboviç, A.Şeller-Mixaylov vəV.Luqovskoyun da tərcümələri daxil edilib.


Mirzə ŞəfiVazehin yaradıcılığı ilə yenidən tanış olmaq istəyənlər "Bütün əsərləri"niAzərbaycan dilində, ana dilimizdə olan orijinal şerlərdən başqa, Xəlil RzaUlutürk, Balaş Azəroğlu, Aslan Aslanov, Azad Yaşar, Pünhan Əzimli və YusifSavalanın tərcümələrində oxuyacaqlar.

Əlamətdardır ki,kitabın nəşri 1852-ci il noyabrın 16-dan 17-nə keçən gecə Tiflisdə dünyasını dəyişənşairin anadan olmasının 225-ci ildönümünə təsadüf edir.

Təqdimat mərasimindəçıxış edən akademiklər İsa Həbibbəyli, Rəfael Hüseynov, Nizami Cəfərov, Muxtarİmanov, professorlar Fəxrəddin Veysəlli və Hamlet Isaxanlı, ədəbiyyatımızın xaricdətəbliatçısı Orxan Aras, böyük rus şairi Mixail Sinelnikov və başqaları XalqBankın "Xalq Əmanəti"layihəsi çərçivəsində gördüyü işləri yüksək qiymətləndirdilər.

Xatırladaq ki,"Xalq Əmanəti" layihəsi ASC Xalq Bankı tərəfindən 2010-cu ildənetibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərəötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihəçərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərindəçap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri vəkitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycandavə Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına,dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyəolunur. Bu illər ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə,Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də MahmudTağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Ələkbər Rzaquliyev, Fazil Əliyev, Rza Məmmədov,Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindənibarət sərgilər təşkil olunub və bədii albomlar nəşr edilib. Xalq şairləri MəmmədAraz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri,görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri"kitabı və üçcildlik "Aşıq ədəbiyyatı antologiyası" işıq üzü görüb.

Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV