Canlı bir roman

ETİBAR CƏBRAYILOĞLU
102777 | 2020-04-17 12:31

"Hövsələm daralmışdı. Düşüncələrimdə dolaşıqlıq vardı. Ürəyim azqalırdı qopub yerindən çıxsın. Bayaqdan əlimdəki iki kəlməlik teleqramıirəli-geri neçə dəfə oxumuşdum. Ayrı vaxt tamam başqa, doxsan doqquz faiz xoşovqat yaradan bu sözlər indi boğazıma ilişib qalmışdı. Bilirdim ki, qardaşımınQazaxıstandan göndərdiyi teleqramdakı "Gəl görüşək!” çağırışı taraz söhbətəoxşamır, qəribçilikdən, nisgildən-zaddan doğan umsuq deyil. Qardaş mənimdi,içinə-çölünə yaxşı bələd idim, su xirtdəyinə çıxmayınca özünü dartıb duracaqdı.Tərs oğlu tərs, canını dişinə tutub dırnaqları ilə cırmaqlaya-cırmaqlayaquyunun dibindən çıxardı, amma kimsəni köməyə çağırmazdı. O qədər hoqqalarınıgörmüşdüm ki...”

Tanınmış şair, publisist və tərcüməçi Əjdər Olun "LO” canlı romanı buhadisə ilə başlayır. Müəllif əsgəri xidmətdə olan qardaşından teleqram alıb.Nigarançılıq səbəbsiz deyil, qardaşı əsgər kimi XX əsrin ən böyük ekoloji faciələrindənsayılan Çernobıl Atom Elektrik Stansiyasındakı qəzanın nəticələrinin aradanqaldırılmasına cəlb olunub. Şüalanmaya məruz qaldığından müalicə olunmaq üçünQazaxıstana göndərilib.

Müəllifin yolboyu keçirdiyi hissləri, qardaşı Qara ilə xəstəxanadagörüşünü həyəcansız oxumaq mümkün deyil. Əsər əvvəldən axıracan maraqla oxunur,çünki Əjdər Ol onu canlı roman kimi təqdim edir.

O Əjdər Ol ki...

Ədəbi aləmə şeirlə gələn Əjdər Ol ötən əsrin 80-ci illərindənbaşlayaraq "Gələcəkdə yaşayıram”, "Alın yazıma düzəliş”, "Hamı sənə can deyir”,"Könül vuruşu”, "Günəbaxan zəmisi” və s. kitabları işıq üzü görüb. İstedadlısöz adamı kimi qələmini müxtəlif janrlarda da sınayıb, müəllifin hekayələrindənvə publisistik yazılarından ibarət "Səsindən tanınan”, "Ölümlə zarafat”,"Qrafoman”, "Səhra komandirinin meymunu”, "Portret hekayələr”, "Habil Əliyevinlətifələri” kitabları oxucular maraqla qarşılayıb. Son illər pyesləri və başqadillərdən tərcümə etdiyi səhnə əsərləri müxtəlif teatrlarımızda oynanılıb,ssenariləri əsasında sənədli filmlər çəkilib. Əjdər Ol imzası Türkiyə, Rusiya,İran, Gürcüstan, Almaniya, Serbiya, Polşa, Moldova oxucularına da yaxşıtanışdır.



Əjdər Ol bədii yaradıcılıqdakı uğurlarına görə "Qızıl kəlmə”, "CəfərCabbarlı”, "Mahmud Kaşqari” mükafatlarına layiq görülüb, "Milli kitabmükafatı”nın laureatıdır.

Tehran Əlişanoğlu, Sabir Bəşirov kimi tanınmış alimlər Əjdər Olbarədə sanballı kitablar yazıb, yaradıcılıq xüsusiyyətlərini geniş təhlilediblər.

Əjdər Ol ki, Əjdər Ol...

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Əjdər Ol "LO” adlı yeni vəcanlı bir romanı oxuculara təqdim edib. Kitabı nəşr edən "Qanun” nəşriyyatıromanı belə tanıdır: ""LO” romanı uydurma deyil, canlıdır, gerçəkdir. Əsər soniki yüz ildə xalqımızın ən böyük hadisələrinin baş verdiyi 1988-1993-cü əllərinəhatə edir.

Bir-birini izləyən olaylarda öz adı ilə iştirak edən qəhrəmanlarmilli azadlıq hərəkatının, dövlət müstəqilliyinin, Qarabağ müharibəsinin fəaliştirakçılarıdır. Onları həyatda da tanıyırıq. Hadisələrin şahidi olan müəllifinsanların taleyini dəyişən, evlərimizin içərisinə qədər gəlib çıxanqanlı-qadalı hadisələri geniş panoramda təsvir edir. İlk səhifədən oxucuromanın "əhalisi”nə qaynayıb-qarışır. "LO” hər kəsin romanıdır”.



Kitabı vərəqlədikcə buna bir daha əmin olursan. Romanın "əhalisi”-müəllifin valideynləri, qardaşı Qara, SSRİ-nin sonuncu prezidenti MixayılQorbaçov, müxtəlif vaxtlarda Azərbaycana rəhbərlik etmiş Əbdürəhman Vəzirov,Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev, Prezidentin millətlərarasımünasibətlər üzrə dövlət müşaviri, ZiyaBünyadov, Bəxtiyar Vahabzadə, Şeyxülislam Allahşükür Paşazadə, Anar, Elçin, SabirRüstəmxanlı, Əjdər Xanbabayev, Aqil Abbas,Yazıçılar Birliyinin Şüvəlandakı Yaradıcılıq Evinin direktoru Əlimüəllim, İsa Qəmbər, Pənah Hüseynov, İsgəndər Həmidov, Etibar Məmmədov, NemətPənahlı, Hacı Əbdül, Rafiq Turabxanoğlu, Surət Hüseynov, müəllifin uşaqlıqdostu Balaş, sinif yoldaşı Səmədağa, oğru dünyasının nümayəndəsi Babayar, qonşuHəvva arvad, şəxsi həyatında bir-birinin ardınca ağır zərbələr alan Fərəh vədigərləridir.

Ermənistandan məcburi köçkün düşən ailələrin Bakıda üzlədiyiçətinliklər, 20 Yanvar faciəsinin şəhidlərinin və şahidlərinin hissləri,Qarabağda hərbi əməliyyatlar, müharibənin ağrı və acıları, 1993-cü ilin yayındabaş verən mürəkkəb proseslər, əvvəl anasını, sonra isə atasını itirən müəllifinyaşantıları canlı romanda canlı, inandırıcı, dinamik təsvir edilir.

1988-ci ildən bəri ağrılı-acılı günlərimizdən bəhs edən canlı romanımüəllif nikbin notlarla bitirir: "...Xoş bir səhər idi... Əvvəlki kimitorpaqlarımız münbitliyini, dağlarımız müdrikliyini, çaylarımız coşğunluğunu,dənizimiz qüdrətini saxlayırdı. Mən belə görürdüm. Bəlkə də, sevgi gözlərimitutmuşdu... Yenə də işə gedirdim... Artıq yazdığım romandan çıxmışdım...”

Yaxın tariximizin bələdçisi olan canlı romanı "Qanun” Əsəd Cahangirinvə Mahir N.Qarayevin redaktorluğu ilə oxuculara təqdim edib. Kitabın üzqabığındakı şəkilin müəllifi isə Xalq rəssamı Sakit Məmmədovdur.

Tanınmış şair, publisist və tərcüməçi Əjdər Olun "LO” romanındaxatırlamalı, ibrət götürməli və öyrənməli çoxlu məqamlar var. Canlı romanlardaolduğu kimi...

Etibar CƏBRAYILOĞLU


TƏQVİM / ARXİV