Bayram bayrama, yubiley yubileyə qarışıb

ETİBAR CƏBRAYILOĞLU
118889 | 2020-03-06 18:06

Dövlət Akademik Musiqili Teatrının direktoru, əməkdar incəsənətxadimi Əliqismət Lalayev hesab edir ki, tamaşaçı hər zaman haqlıdır

Martın 10-nu ölkəmizdə Milli Teatr günü kimi qeyd edilir. Əlamətdarhadisə ərəfəsində Dövlət Akademik Musiqili Teatrında əsl bayram ovqatı yaşanır,bu da təsadüfi deyil, çünki bir necə gün əvvəl teatrın akademik statusalmasının biri ili tamam oldu. May ayında isə kollektiv böyük tarixi ənənələrmalik bu sənət ocağının 110 illiyini qeyd edəcək. Necə deyərlər, bayrambayrama, yubiley yubileyə qarışıb.

Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənətxadimi, sənətşünaslıq üzrə fəlsəfədoktoru, dosent Əliqismət Lalayevlə bu əlamətdar günlər ərəfəsində görüşübsöhbətləşdik.

- Əliqismət müəllim, müsahibəyə başlamazdan öncə tamaşa zalını, məşqotaqlarını, bəzi sexləri sizinlə birgə gəzdik. Paralel olaraq bir neçətamaşanın məşqləri gedir, bütün kollektiv inanılmaz dərəcədə səylə çalışır.Teatrda nə baş verir?

- Teatrda nə baş verməlidirsə bizim teatrda o da baş verir. Müşahidəetdiyiniz vəziyyət bizim kollektivin son illərdəki adi iş ritmidir. Dövlətbaşçısının sərəncamı ilə teatrımıza akademik status verilməsinin bir neçə günöncə bir ili tamam oldu. Biz elə ilk gündən buna sadəcə ad dəyişikliyi yox,böyük etimad kimi baxmışıq və işimizə məsuliyyətlə yanaşmağa çalışmışıq. Bizədiqqət, qayğı artıbsa gördüyümüz işin həcmi və keyfiyyəti də buna adekvatolmalıdır. Teatrın direktoru olaraq sevinərəm ki, yaradıcı və texniki heyətinhər bir üzvü gündəlik fəaliyyətində bunu yaxşı dərk edir, işinə məsuliyyətləyanaşır.

Qeyd etdiyiniz kimi, bu gün eyni vaxtda bir neçə səhnə əsərininquruluşu üzərində iş gedir. Onların bəzilərində işlər tamamlanmaq üzrədir,bəzilərində isə məşqlərə yeni start vermişik.

- Təzə tamaşalardan söhbət düşmüşkən bəlkə elə bu barədə ətraflıməlumat verəsiniz?

- Bir neçə gün əvvəl "Beş manatlıq gəlin” tamaşasının ictimai baxışıoldu. Teatrımızın fəaliyyətini yaxından izləyən tamaşaçılar, teatrşünaslaryaxşı bilir ki, Səid Rüstəmov və Məmməd Səid Ordubadi yaradıcılığının birgəməhsulu olan bu komediya 1940-cı ildən başlayaraq müxtəlif quruluşlarda səhnəyəqoyulub və uzun illər uğurla nümayiş etdirilib, sonuncu dəfə bu əsərə 1994-cüildə müraciət olunub. Zaman keçdikcə hər bir əsərə təbii ki, münasibət, baxışbucağı dəyişir. Əməkdar incəsənət xadimi Əsgər Əsgərov məhz bu prizmadanyanaşaraq "Beş manatlıq gəlin”ə yeni bir quruluş verib. Tamaşanın quruluşçudirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləriƏməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist VaqifMəstanov, quruluşçu rəssamı Əməkdar artist Nabat Səmədovadır. Komiksituasiyalarla dolu, eyni zamanda dərin məna çalarlarına malik, rəngarəng birtamaşa alınıb. Fikrimcə bu tamaşa maraqla qarşılanacaq və repertuarımızda özünəmöhkəm yer tuta biləcək.



Tamaşaçılarımıza təqdim etməyə hazırlaşdığımız növbəti səhnə əsəri"İstintaq” adlanır. Tamaşaya Xalq artisti, Sumqayıt Dövlət dram Teatrının başrejissoru Firudin Məhərrəmov quruluş verir. Bəstəkarı Ceyhun Allahverdiyev,libretto müəllifi isə Pərviz Seyidli olan "İstintaq” tariximizin bu vaxta qədəraz araşdırılan bir dövründən- "Difai” təşkilatının fəaliyyətindən, bu qurumətrafında birləşən insanların həyatından, məruz qaldıqları repressiyalardanbəhs edir. Tamaşanın bir özəlliyi də ondadır ki, Xalq artisti, "Şöhrət” ordenlisənətkarımız Afaq Bəşirqızı tam yeni bir ampluada səhnəyə çıxacaq. Afaq xanımtarixi şəxsiyyətlərimizdən biri Nağı bəy Şeyxzamanlının ömür-gün yoldaşı Səliməxanımın obrazını yaradacaq. Bilirəm ki, Afaq Bəşirqızı sənətinin vurğunları"İstintaq” tamaşasının premyerasını maraqla gözləyirlər.

Sənətsevərlər bu mövsüm repertuarımızda daha bir yeniliyin şahidiolacaqlar, teatrımız ilk dəfə olaraq "Cehizsiz qız” pyesinə müraciət edib.Dünya ədəbiyyatına şedevr əsələr bəxş edən böyük rus yazıçısı AleksandrNikolayeviç Ostrovskinin bu ölməz pyesini teatrımızın rus truppası iləhazırlamaq üçün Gəncə Dövlət dram Teatrının baş rejissoru, Prezident təqaüdçüsüİradə Gözəlovanı dəvət etmişik. Rusiyanın və Gürcüstanın müxtəlif teatrlarındatamaşalar hazırlayan istedadlı rejissor son illər Akademik Dövlət Musiqili Teatrıilə də sıx əməkdaşlıq edir. Bu gün teatrımızın repertuarında İradə xanımınquruluş verdiyi "Kimdir haqlı?”, "Mənim günahım”, "999-cu gecə” kimi maraqlısəhnə əsərləri var. Təkcə teatrın direktoru kimi deyil, həm də layihənin bədiirəhbəri kimi deyə bilərəm ki, "Cehizsiz qız” Azərbaycan teatr məkanına biryenilik gətirəcək. Çünki quruluşçu rejissor bu klassik əsərə fərqli birrakusdan yanaşıb. Tamaşanın musiqi rəhbəri və dirijoru Fəxrəddin Atayev, musiqitərtibatçısı Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçubaletmeysteri Əməkdar artist Emin Əliyev, xormeysteri Vaqif Məstanov, geyimrəssamı Yelena Almazova, rejissor assistenti Tamilla Aslanovadır.

Daha bir gənc və istedadlı rejissor Samir Qulamovla yaradıcılıqəlaqələrimizi davam etdirmək istəyirik. Samir Azərbaycan xalqının ən qədimyazılı abidəsi sayılan "Kitabi-Dədə Qorqud” dastanı əsasında "Qədəm Qorquddanbir nişanə” adlı balet-tamaşa hazırlayır, librettosunu da özü yazıb. Tamaşanınquruluşçu baletmeysteri Emin Əliyev, musiqi rəhbəri Prezident təqaüdçüsü Atabəyİsmayılov, quruluşçu rəssamı Vüsal Rəhimovdur. Dədə Qorqud obrazını gənc vəistedadlı aktyorumuz Əmrah Dadaşov oynayacaq.

Kollektivimiz dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovunyaradıcılığına da müraciət edib, müəllifin böyük oxucu rəğbəti qazanan "Cəmilə”povesti əsasında hazırlanacaq yeni tamaşanın artıq məşqlərinə başlamışıq. Buməsuliyyətli işi gənc və istedadlı rejissor Anar Babalıya həvalə etmişik. Əsəriteatrımız üçün Cavid Zeynallı səhnələşdirib. Tamaşanın səhnə tərtibatı VüsalRəhimə, musiqi tərtibatı isə Atabəy İsmayılova məxsusdur. Geyim rəssamı YelenaAlmazova, rejissor assistenti Elməddin Dadaşovdur, Zakir və Yelena Ağayevlər butamaşa üçün maraqlı rəqslər qurur.



Dəyərli tamaşaçılarımıza daha bir xoş xəbərim var- Emin SabitoğlununSabit Rəhmanın librettosu əsasında yazdığı "Hicran” iki hissəli musiqilikomediyanı yeni quruluşda təqdim etməyə hazırlaşırıq. Tamaşaya quruluş verməküçün Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, Əməkdar artist QurbanMəsimovu dəvət olunub. Tamaşanın quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçurəssamı Mir Azər Abdullayev, konsertmeysteri Nərminə Əbdürrəhmanova olacaq.

- "Hicran” tamaşası deyəndə göz önünə səhnəmizin metrləri- NəsibəZeynalova, Səyavuş Aslan və Hacıbaba Bağırov gəlir. Həmin məşhur trionu yeniquruluşda kim əvəz edəcək?

- Həqiqətən də "Hicran”ın təkcə bizim teatrın deyil, ümumilikdə teatrtariximizdə özünəməxsus yeri var. Adlarını böyük ehtiramla yad etdiyimizkorifey sənətkarlarımız bu tamaşada yaddaqalan obrazlar yaradıblar. Tamaşa hərdəfə bayram günlərində televiziya vasitəsi ilə göstərilir və hər dəfə dəmaraqla qarşılanır. Yeri gəlmişkən, onu da xatırladım ki, mən Naxçıvan DövlətMusiqili Dram Teatrında rejissor kimi çalışarkən "Hicran”a quruluş vermişdim vəuğurlu səhnə əsəri kimi tamaşaçıların rəğbətini qazanmışdı.

Həqiqətən də istər yaşlı, istərsə də gənc nəsil tamaşaçılar arasında"Hicran” böyük populyarlıq qazanıb. Ona görə də yenidən "Hicran” komediyasınamüraciət etmək böyük məsuliyyətdir. Amma nəzərə almaq lazımdır ki, bizim sənətdoqmanı sevmir, daim yenilik, eksperiment tələb edir.

- Yəqin tamaşaçılar üçün də maraqlıdır, Mitoş, Dadaşbala vəQızbacının yeni ifaçıları kim olacaq?

- Yeni quruluşda Mitoş rolu Əməkdar artist Çingiz Əhmədova, Dadaşbalarolu Əməkdar artist Əkbər Əlizadəyə, Qızbacı rolu isə Əməkdar artist AlmazƏləsgərliyə həvalə olunub. Artıq tamaşanın məşqlərinə start verilib və inanıramki, "Hicran”ın yeni quruluşu da seviləcək.

Gənc və yeniyetmə tamaşaçılarımızı da həmişəki kimi diqqətdəsaxlayırıq. Bu mövsüm onlar üçün yeni bir tamaşa hazırlayırıq. Görkəmli gürcüyazıçısı Nodar Dumbadzenin populyarlıq qazanan əsərlərindən birini- "Mən,nənəm, İliko və İllarion”u səhnələşdirmişik. Tamaşaya gənc rejissorumuz ƏhədHacıyev quruluş verir. Tamaşanın rejissoru Zaur Əliyev, musiqi tərtibatçısıSəməd Süleymanlıdır.

- Bu il ölkəmizdə "Könüllülər İli” elan edilib. Rəhbərlik etdiyinizteatr bu günlərdə bir ilkə imza ataraq "Akademik Musiqili Teatrın könüllüləri”layihəsinə start verib...

- Əslində bu layihə üzərində çoxdan- hələ Mədəniyyət Nazirliyində çalışarkəndüşünürdüm, teatra, incəsənətə marağı olan gəncləri bir araya gətirməkistəyirdim. Ölkə başçımız İlham Əliyevin bu il Azərbaycanda "Könüllülər İli”elan edilməsi ilə bağlı sərəncamı bu layihənin məhz indi reallaşmasına birvəsilə oldu. "Akademik Musiqili Teatrın könüllüləri” ilə uzun müddətli vəmüxtəlif layihələr həyata keçirməyin qarşıya məqsəd qoymuşuq, bir arayagətirdiyimiz bu könüllülər teatrımızın təbliğində bizə yaxından yardımedəcəklər. Onlar üçün treninq və seminarlar təşkil olunacaq, layihəninyekununda isə könüllülərimizin iştirakılə tamaşa hazırlanmağı dadüşünürük.

- Milli Teatr günü ərəfəsindəyik. Ömrünü-gününü bu sənətə sərf etmiş birinsan kimi bu bayram sizin üçün nə deməkdir?

- Bu sənətdə olan hər bir insan kimi mənim üçün də böyük birbayramdır. Teatr Gününün bir özəlliyi də ondan ibarətdir ki, tamaşaçılar da bubayramı əlamətdar gün kimi qeyd edirlər, bizimlə birgə sevinirlər. Tamaşaçıolmadanbu bayramı necə qeyd etmək olar? Bütün fəaliyyətimiz, uğurlarımız onlar üçündür.Nəzərə almaq lazımdır ki, bu günün tamaşaçının zövqü, baxışı 2-3 il öncəkindənfərqlənir. Mən və müavinlərim hərtamaşamızdan sonra onlara görüşür, söhbət edir, fikirlərini, irad vətəkliflərini dinləyirik. Onların fikirləri və iradları bizim üçün önəmlidir,çünki mənim düşüncəmə görə tamaşaçı hər zaman haqlıdır. Bayram günü daimitamaşaçılarımızı "Beş manatlıq” gəlin tamaşasının premyerasına dəvət edirəm.

Qeyd etməyə hazırlaşdığımız Milli Teatr günü həm də onunlaəlamətdardır ki, bu ilin mayında Akademik Musiqili Teatrın 110 yaşı tamam olur.Dövlət başçımız İlham Əliyev, birinci vitse-prezidentimiz Mehriban xanımƏliyeva şərəfli tarixə malik bu sənət ocağına hər zaman böyük diqqət və qayğıilə yanaşırlar. Əbülfəs Qarayev başda olmaqla mədəniyyət nazirliyinin bütünkollektivi daim işimizə dəstək olur. Məhz bu diqqət və qayğıdan, tamaşaçıalqışından ruhlanaraq böyük əzmlə çalışırıq. İnanırıq ki, həm Milli TeatrGününü, həm də 110 illik yubileyimizi sənət uğurları ilə qeyd edəcəyik.

Etibar CƏBRAYILOĞLU


TƏQVİM / ARXİV