43 aptekdə nöqsan aşkarlandı

144 | 2025-07-29 14:16

Bu ilin yanvar - iyun ayları ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi 166 aptekdə yoxlama keçirib.

Adalet.az xəbər verir ki, yoxlanılan apteklərdən 43-də nöqsanlar aşkarlanıb.

2025-ci ilin birinci yarımilində apteklərdə keçirilən yoxlamalardan 76-sı Bakıda, 90-ı isə respublikanın digər şəhər və rayonlarında baş tutub.

Sözügedən dövr ərzində 20 aptekdə plandan kənar, 4-ündə isə yoxlamadan kənar yoxlamalar aparılıb. Apteklərin 159-da isə planlı yoxlamalar həyata keçirilib (bəzi apteklərdə həm plandan kənar, həm də planlı yoxlamalar keçirilib - red.).

Qeyd edək ki, bu ilin birinci yarımilində ən çox apteklərin yoxlanıldığı dövr 2025-ci ilin aprel ayı olub. Belə ki, Bakı şəhəri üzrə 13, respublikanın digər şəhər və rayonlarında isə 45 aptek olmaqla ümumilikdə 58 aptek təftiş olunub. Yoxlamalar zamanı 20 aptekdə nöqsanlar aşkarlanıb.

TƏQVİM / ARXİV