![](https://adalet.az/uploads/img/posts/2025/02/12/8jpeg-1739338630.jpeg)
ABŞ prezidenti Donald Tramp, vəzifəsinə başladığı ilk ayda bir neçə səs-küylü və gözlənilməz ciddi addımlar atdı. Beləki, Ağ Evin köhnə-yeni sahibi Beynəlxalq Səhiyyə Təşkilatından çıxdığını, daha sonra isə, BMT-nin insan haqları və Fələstin qaçqınlarına yardım üzrə Yaxın Şərq agentliyinin işində iştirak etməkdən imtina etdiyini bəyan etdi. Ağ Evin yeni planlarıının həyata keçirilməsi hansı məqsədlər üçün nəzərdə tutulub?
ABŞ-ın ard-arda İqlim üzrə Paris razılaşmasından, Beynəlxalq Səhiyyə Təşkilatından, BMT-nın insan hüquqları komitəsindən və s. çıxması, əslində hələ 1945- ci ildə təsdiq olunmuş, beynəlxalq münasibətlərdə suveren bərabərlik prinsipinin qorunması, digər dövlətlərin maraqlarının nəzərə alınması, artıq ABŞ üçün aktuallığını itirib və Donald Tramp açıq şəkildə bunu bəyan etməkdən utanmır və çəkinmir.
Ekspertlər də belə qənaətə gəlirlər ki, Donald Tramp ilk növbədə biznesmendir və iqtisadçıdır. Siyasi məsələlərə yanşma tərzi də daha çox bundan irəli gəlir. Biznesdə kim güclüdür o da qalib gəlir, bu sahədə bərabər səviyyəlik anlayışı yoxdur. Birləşmiş Ştatların prezidenti hazırda "audit" aparır və aydınlaşdırnaq istəyir ki, ABŞ-ın hansı beynəlxalq təşkilatda qalması itisadi baxlmdan sıərfəli ola biıər. Nəzətə alınsa ki, bu təşkilatların əksəriyyəti əsasən ABŞ-ın verdiyi maliyə vəsaiti hesabına fəaliyyət göstərir və Donald Trampın bu təşkilatlardan çıxması barədə qərarından sonra, onların əksəriyyətinin tez bir zamanda böhran vəziyyətinə düşməsi gözlənilən idi.
Daha sonra, Tramp administrasiyasının diqqətlərini prioritet istiqamətlərə yönəltməsi və bu yöndə ilk növbədə Rusiya-Ukrayna müharibəsini tezliklə bitirməyə çalışması, ABŞ üçün vacib məsələlərdən biri hesab olunur. Görünən odur ki, Prezidentin Ukrayna üsrə xüsusi elçisi Kit Kelloqun bununla bağlı hazırladığı planları və təklifləri bir neçə günün məhsulu deyil. Atəşin dayandlıılması, Birləşmiş Ştatlar üçün Kiyevə edilən milyardlarla dollar yardımın boş yerə axıdılmasının qarşısını almağa imkan yaradadar və bu vəsaitin qeyri-leqal miqrasiyanın və ölkəyə gətirilən narkotrapikin qarşısının allnmasına xərclənə bilər.
Atəşkəsdən sonra, Tramp üçün tərəflərin danışıqlar zamanı aralarında yaşanacaq mübahisələrin neçə həll olunacağı, ərazi mübahisələrində kimin- kimə güzəştə gedib getməyəcəyi məsələləri o qədər də maraqlı deyil. Kolleqanın planlarına uyğun olaraq qalan priblemlərin həllini də Avropa İttifaqının boynuna yükləyə bilsələr, xərclərin azaldılması üçün daha bir böyük imkan yaranmış olacaq. Belə olan halda, ABÇ NATO bazalarında olan hərbi kontingentinin böyük bir qismini geri çağırmaq imkanı da qazana bilər ki, bu da əlavə maliyyə vəsaitunə qənaət etmək deməkdir.
Hazırda "dərin dövlətilə" mübarizə aparmaq üçün Trampa böyük məbləğdə maliyə vəsaiti lazımdlr. USAİD kimi bir çox beynəlxalq təşkilatlara ayrılan vəsaitin dayandırllması demokratların ürəyincə deyil və onlar bununla bağlı yaranmış gərginlikdən istifadə etməyə çalışacaqlar. Bir neçə demokrat deputatın, Trampın istənilən qərarlarının bloklanmasına çalışacaqlarını bəyan etmələri, ABŞ prezidentinin işini bir az da çətinləşdirə bilər. Bu, hələ qarşıdakı mübarizənin ilkin epizodlarıdı. Ona görə də, Trampın evdəki qarışıqlığı qoyub, xarici problemlərə diqqət ayırmayacağı gün kimi aydlndır.
Seçkilər zamanı aldığı mandatı doğrulmaq üçün Tramp mütləq ölkəsi üçün əlavə maliyyə vəsaiti gətirməlidir. Bu ona gələcəkdə də qeyri-populyar hərəkətlərini həyata keçirmək üçün geniş əl-qol açmasına imkan yarada bilər...
Rüstəm Hacıyev
"Lenta.ru" saytının materiallarından istifadə olunub.