ABŞ-ın 47-ci prezidentini "Sem dayı" seçəcək..? - Rüstəm Hacıyev yazır
 

RÜSTƏM HACIYEV
700 | 2024-11-04 12:46

Noyabrın 5-də keçiriləcək ABŞ-ın 47-ci prezident seçkiləri öncəsi final sorğusunun nəticələri açıqlanıb. NBC News telekanalının məlumatına görə, 30 oktyabr-2 noyabr tarixlərində keçirilən final sorğusunda iştirak edən seçicilər, həm respublikaçı namizəd Donald Trampa, həm də demokratların namizədi Kamala Xarisə  49 faiz səs veriblər. Sorğuda iştirak edənlərin 2 faizi hələ qərarlarını müəyyənləşdirməyiblər.

 Telekanal bildirir ki, Xartisin nüfuzu demokratların artan entuziazması nəticəsində yüksəlişdədir. 

  Amerika üzrə  politoloq Mslek Dudakov bildirir ki, seçkilətə bir neçə gün qalmış namizədlərdən hansının daha çox şansı olduğunu demək çətindir. İlkin səsvermələrə görə, respublikaçıların azacıq üstünlüyü müşayət olunur. Lakin vəziyyət istənilən vaxt dəyişə bilər.

 The Wall Street Journal isə, yazır ki, qarşıdakı seçkidə Tramp qalib qələrsə, " bu  onun dəyanətini və amerikan xalqı adından danışmaq haqqı olduğunu sübit edəcək".

 Verilən məlumatlata görə, artıq 50 milyondan çox amerokalı artıq əvvəlcədən səs veriblər.
 
 Görünən odur ki, "demokratiyanın beşiyində" keçiriləcək prezident seçkilərində qeyri-müəyyənlik yaşanır. Məsələyə sonda "Sem dayının" tapşırığı ilə, kimə səs verəcəklərini hələ müəyyənləşdirməyən 2 faizin səslərinin kimə verəcəyindən sonra "aydınlıq" gələcək.

  Rüstəm Hacıyev
 

TƏQVİM / ARXİV