ABŞ Ukraynaya yeni prezident axtarır -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
202 | 2025-03-11 12:36

ABŞ prezidenti Donald Tramın administrasiyası, Ukrayna prezidenti Volodimir Zelenskini əvəzləmək üçün bir neçə namizəd arasında seçim edir. Bild qəzeti yazır ki, bu namizədlərin içərisində "Batkovşina" partiyasının lideri Yulya Timoşenko və "Avropa həmrəyliyi" partiyasının lideri Pyotr Paraşenko da yer alıb. Namizədlər içərisində, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnıda var.

 "ABŞ hakimiyyətinin dörd nümayəndəsi Paraşenko və Timoşenkoyla bununla bağlı söhbət aparıblar. Həmçinin Ukrayna hərbi qüvvələrinin keçmiş komandanı Zalujnunun namizədliyi də gözdən keçirilir"- deyə Bild qəzeti yazır.

  "Demokratiyanın beşiyi" açıq şəkildə, Ukraynanı Ştatların administrasiyasının istəyinə tabe olmağa məcbur edir.  Görünən odur ki, Tramp Zelenski hakimiyyətdən getməyənədək Ukraynaya göstərilən hərbi yardımları bərpa etməyəcək.

  ABŞ, əslində Ukrayna münaqişəsi ilə bağlı, Rusiyaya qarşı tədbiq edilən sanksiyaların sərtləşdirilməsindən qaçmaq istəyir. Bu barədə ştatların dövlət katibi Marko Rubio bəyan edib. O, əlavə edib ki, ABŞ hələ ki, avropalı tətəfdaşları ilə, antirusiya sanksiyalarının yumşaldılması məsələsini müzakirə etməyib:

 "Hamıya aydın olmalıdır ki, ABŞ Rusiyanın qarşısını almaq üçün bütün alətlərə malıkdir. Lakin biz ümid edirik ki, vəziyyət o həddə çatmayacaq"

 Donald Tramp nəyin bahasına olursa olsun Moskva ilə Kiyevi danışıqlar masasına oturtmağa çalışır. Əslində, dəfələrlə qeyd etdiyimiz kimi, ABŞ prezidentini nə Rusiya, nə Ukrayna, nə işğal olunan ərazilər, nə həkak olan insanlar, dağılan şəhərlər və s. qətiyyən maraqlandırmır.  Siyasətçidən daha çox bişnesmen olan Trampı Ukraynanın nadir yeraltı mineralları maraqlandırır. 

 Prezidentin administrasiyası yaxşı başa düşür ki, avropanın ciddi-cəhdlə müdafiə etdiyi Zelenski hakimiyyətdə qaldıqca tərəflərin danışıülara başlamasının  həyata keçirilməsi mümkün olmayacaq.  İkinci bir tərəfdən Putin də, hazırda müharibənin dayandırılmasında maraqlı deyil, çünki əsas məqsədlərinə çatmayıb. Rusya Ukraynada Medvedçuk tipli öz adamlarını hakimiyyətə gətirmək istəyir. Üçüncüsü, Avropa İttifaqı da, ABŞ-ın təkbaşına Ukraynanın sərvətlərinə sahib olmasını istəmir. Onlar da bu müharibədən öz paylarını  əldə etmək niyyətindədirlər. Ona görə də, son on gündə Brüsseldə artıq dörd dəfə "sxodka" keçirib Zelenskinin hakimiyyətdə qalmasına necə dəstək ola biləcəklərini müzakitə edirlər.

 Bir sözlə dünya qarışıb, sanki ac-yalavac "yalquzaq sürüsü", can vetməkdə olan "leş"i ələ keçirmək uğrunda bir-birilərini didib parçalamağa hazırlaşırlar...


 

  • Mart:
  • 7

TƏQVİM / ARXİV