ABŞ "zənbilin" ağzınl açıb -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1450 | 2024-08-19 11:51

"Sem dayı" dünyanı qarışdırmaqda davam edir. Prezident Co Bayden hər bəyənatında dünyada sülhdən, əmin-amanlıqdan, demokratiyadan dəm vurur, digər tərəfdən isə, "zənbilinin" ağzını açıb münaqişə tərəfləri olan ölkələrə silah-sursatlar paylaylr.

 Vaşinqtonun Yaxın Şərqdə qaladlğı "ocağın" əhatəsi artıq İsrail-Fələstin münaqişəsi çərçivəsundən çıxaraq, daha da böyüməkdədir. Bayden administrasiyası özünü bu regionda atəşkəsin yaranması üçün, guya "dəridən-qabıqdan" çıxan kimi göstərməyə çalışır, lakin başını quma basdıran dəvəquşu kimi quyruğu çöldə qaldığından xəbəri yoxdur.

 Co Bayden, bir tərəfdən açıq şəkildə İsrailin baş naziri Netanyahunu "hədələyir", digər tərəfdən ABŞ-ın daima İsrailin yanında olacağlnı bəyan edir və bu ölkəyə milyardlarla dollarlıq silah-sursat göndərir. Eyni zamanda da, İsrailin qonşularına, digər ərıb ölkələrunə də müasir silahlarını satlr. Həmin silahların sabah münaqişə tərəfi olan "HƏMAS", Hizbullah qruplaşmalarının və yaxud Husilərin əlinə keçməyəcıyinə kim zəmanət verə bilər, sualı isə açıq qalır.

 Rusiya-Ukrayna münaqişəsində isə hər şey açıq-aydın ortadadır. Rusiyanı çökdürmək üçün Ukrayna fasiləsiz olaraq həm təlimatlandırılır, həm də silahlandırılır. Əvvəllərdə yazdığımız kimi bu müharibənin dayandırılması ABŞ-ın planlarına daxil deyil və heç maraqlarına da xidmət etmir. 

 Uzun illərdi Qafqazda yaşanan Ermənistan-Azərbaycan münaqişəsində eyni hallar yaşanmaqdadır. 30 ildən artıqdı davam edən münaqişə-müharibəyə son qoymaq işartıları yarandığı bir vaxtda, indi də birtərəfli mövqe tutaraq, Ermənistanı silahlandırmağa başlayıb və hətta bu regiona hərbi təlimçjlərini də göndərir.

 ABŞ Uzaq Şərqdə yaşanan Çin-Tayvan münaqişəsində də, Tayvanın tərəfində durmaqla, birtərəfli mövqe nümayiş etdirir. "Taipei Times" qəzetinin məlumatına görə, ABŞ Tayvan silahlı qüvvələrinə, 314,67 milyon  dollar dəyərində 13 ədəd yeni "Mark 15 Phalanx Blok 1B"  gəmi zenit arteleriya kompleksləri göndərib. 

 Amerikan lideri Co Bayden bununla  da sakitləşməyib və bəyan edib ki, əgər Pekin və Taybey arasında hərbi münaqişə başlayarsa, amerikanın silahlı qüvvələri də bu müharibəyə qoşulacaq. (təbii ki, əzəli rəqibləri  Çinə qarşı).

 Bir sözlə, "Sem dayı" yenə qızışıb, dünyanın "jandarmı" olduğunu sübut etməyə çalışır. 

 

TƏQVİM / ARXİV