Fridrix Merts ikinci cəhddən sonra 325 səs toplayaraq Almaniyanın yeni kansleri sdçilib. Xatırladıtıq ki, Qanuna görə, kansler seçilmək üçün ən azı 316 səs qazanmaq lazımdır.
Bundestaqın sədri Yuliya Klyekner daha əvvəl bildirib ki, Merts birinci turda 310 səs toplayıb, yəni kansler seçilməsi üçün lazım olan 316 səs toplaya bilməyi üçün, səsvermə ikinci turda davam etməlidir. Spiker qeyd edib ki, AFR tarixində ilk dəfə olaraq kansler vəzifəsinə namizəd, seçkilərdə qələbə qazanan partiyanın lideri mütləq səs çoxluğu qazana bilməyib.
Fridrix Merts, Xristian demokratik və Xristian sosialist partiyaları ittifaqına rəhbərlik edir. Eks-kansler Olaf Solts yeni seçilmiş kanslerə uğurlar arzulayıb.
Rüstəm Hacıyev