adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

"Anə" - Eminquey yazır

EMİNQUEY AKİF
1686 | 2023-05-30 14:39

Anam tiktok-da Ağamirzənin "Anə" qəzəlinə qulaq asırdı. Mən də telefonda dünyada baş verənlərdən xəbərdar olmaq üçün xəbərlərə baxırdım.

Bu kövrək notlar üzərində İtaliyada baş verən dəhşətli hadisənin illər sonra üzə çıxdığını öyrəndim.

Sən demə, bir kişi pensiyasını almaq üçün altı il ölmüş anasının cəsədi ilə yaşayıb.

İtaliyanın Veneto bölgəsində yaşayan ana və oğulun qonşuları qadının vətəni Almaniyaya qayıtdığını zənn ediblər. Qadının cəsədi isə 6 il idi ki, mənzildə yatırmış.

Mayın 25-də yanğınsöndürmə və polis əməkdaşlarının mənzilə basqın zamanı qadının mumiyalanmış cəsədi tapılıb. Onun cəsədi cəsəd çantasına bükülmüş və möhürlənmiş şəkildə çarpayıda uzanmış halda tapılıb.

Qadının ölüm xəbərini verməyən oğlu anasının təqaüdünü almağa davam edib. Adı açıqlanmayan şəxs basqın zamanı evdə olmasa da, daha sonra polisə təslim olub.

Və deyib:

"Bu cırıq ciblərimin dolları sənsən, ay anə".

TƏQVİM / ARXİV