adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7

Aqil ABBAS: BAŞ NAZİR CƏNAB ƏLİ ƏSƏDOVA

AQİL ABBAS
89446 | 2020-06-20 10:04

Hörmətli cənabBaş nazir!

Sizin rəhbərliyinizlə Operativ Qərargahın xalqımızı budəhşətli virusdan qorumaq üçün gördüyüqabaqlayıcı tədbirləri və fəaliyyətiniyüksək qiymətləndiririk. Həm birmillət vəkili kimi, həm də rəhbərlik etdiyimqəzet vasitəsilə Operativ Qərargahın tədbirlərini geniş işıqlandırır və xalqımızımaarifləndirməyə çalışırıq.

Məhz Möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörənliyivə bu pandemiyaya qarşı vaxtında apardığıdüzgün siyasət nəticəsində şükürlərolsun ki, dünyanın başqa ölkələrindən fərqli olaraq,Azərbaycan bu görünməz düşmənlə qeyri-adi döyüşdə qalibdurumdadı.

Moskvanın əhalisi Azərbaycanınəhalisi qədərdi. AmmaMoskvada statistikaya görə, bu xəstəlikdən ölənlərinsayı 4 min nəfərə çatdığıhalda bizdə 150-yəçatmayıb, inşallah , çatmazda. Təbii ki, bu işdə Operativ Qərargahın əməyini də yüksəkqiymətləndiririk.

Amma mən başqa birməsələyə toxunmaq istəyirəm.Bununla bağlı Milli Məclisin ötənplenar iclasında da məsələqaldırmışdım.

Hörmətli cənab Baş nazir!

Məsələ nədir?Bakı şəhəri çox yüklənib. Bakını bu yükdən azad etmək mümkündü.

Yəqin ki, ötən həftəkarantin günündən bir gün əvvəl və bir gün sonra Bakıdanrayonlara gedən yollardakı biabırçılıqdan xəbəriniz var. Təbii ki, bu biabırçılıqinsanlarımızın məsuliyyətsizliyiüzündən baş verir. Amma insanları da başa düşmək lazımdı.



Heç kim yayıntüğyanında coluq-cocuğunu ev həbsində,havasızlıqda, günəşsizlikdə saxlamaq istəmir.Ona görə də, balalarını götürüb doğma kəndinə-kəsəyinə qaçırtmaq istəyir. İnsanlara bol günəş və təmiz havalazımdı. Və ümumiyyətlə, həkimlərinrəyinə görə, bir çox xəstəliklərin dərmanı bolgünəş və təmiz havadı. Təbii ki, Siz bunu məndən də yaxşı bilirsiz.

Şadlıq evləri, mərasim zalları, bir çox tikintilər, xəsusilədə özəl şirkətlərin apardıqlarıtikintilər və şəxsi evlərininşası dayandırılıb. Mən hələ günəmuzd içşiləri demirəm. Və bildiyinizkimi, bu sahədə çalışanların da 80-90faizi rayonlardan gələnlərdi.Bundan başqa, minlərlə, on minlərlə insan da yayaylarında məzuniyyətə çıxır. Bu insanlarıməcburi qaydada Bakıda saxlamaq kimə və nəyə lazımdı?

Hörmətli cənab Baş nazir!

Hər bir kəsin kəndində-kəsəyində evi-eşiyi var, evi-eşiyi olmayanın qohum-əqrəbası var. Bundan başqa,kəndlərdə evlərini kirayə verənlər də var.

Sözlərim təkcə Bakıdayaşayan rayonlulara aid deyil, eləcə də, köklü bakılılaraaiddi. Onların da, ya rayonda qohum-əqrəbası var, ya kirayəev tuta,ya da istirahət mərkəzlərində qala bilərlər. Təbii ki, bu il Azərbaycan turist gözləmir, istirahətmərkəzlərimiz boş qalıb. Bu da minlərlə adamın evinəçörək apara bilməməsi deməkdi.

Hörmətli cənab Baş nazir!

Buyurun, oxuyun. Bunu Sizin Operativ Qərargahın üzvü, ölkəninbaş infeksionisti Cəlal İsayevdeyir.

«Bir qism insanvar ki, ya işləmir və ya da məzuniyyətdədir,rayona getmək istəyir. Onlara imkanyaratmaq lazımdır. Təbii ki,bunun da mexanizmi hazırlanmalıdır.Bununla, Bakıda insan sayını azaltmaq olar. Koronavirusa yoluxmayanlarbir aylıq rayona – evlərinə gedə bilər. Bu haqda fikirləşməyə dəyər. İnsanlarıməcburi Bakıda saxlamaq da düz deyil. Çünki onlar da çölə çıxmağa meylli olurlar. Bu təbii ki,subyektiv fikrimdi. Bu işi görməküçün ölkədəki vəziyyət təhlil edilməli və qərar qəbul edilməlidir. Rayona nisbətənBakıda yoluxma riski dahaçoxdur. Rayonlarda əhalininsıxlığı paytaxta nisbətənaşağıdır».

Başinfeksionistin fikrincə, insanlarınbölgələrə getməsinə şərait yaradılmalıdır.

Bunu da mən demirəm ki? Bunu Sizin Operativ Qərargahın üzvü, ölkənin baş infeksionisti deyir.

Hörmətli cənabBaş nazir!

Əgər müəyyən qanunlartətbiq olunmaqla insanlarımızınbölgələrə getməsi yasağıqaldırılarsa, həm şəhərimizin yükü azalar, həm insanların hövsələsidaralmaz, coluq-cocuqlar evlərdə dustaqqalmaz, rayonlarımızın infrastrukturasına böyük maddi xeyir dəyər, həm də ötən həftəşahidi olduğumuzbiabırçılıqlar olmaz.

Təbii ki, son söz Sizindir!

Son sözünüzüeşitmək arzusuyla:

Aqil ABBAS,

millət vəkili,yazıçı


TƏQVİM / ARXİV