adalet.az header logo
  • Bakı 25°C
  • USD 1.7

Aqil ABBAS: ERMƏNİLƏR HANSI XALQDAN ARTIQDIR Kİ?! 

AQİL ABBAS
236 | 2022-05-23 14:23

Avropa İttifaqı Şurasının  sədri  Şarl Mişelin bəyanatında belə bir yer var, bizə tövsiyə edir ki, Qarabağda yaşayan ermənilərin  hüquqi statusu  və təhlükəsizliyi təmin edilməlidir.

Azərbaycan tolerantlığına görə (bəzən həddən artıq tolerantıq) dünyada nümunəvi  dövlətdir.  Və bu dövlətdə yaşayanların 80-85 faizi türklərdən ibarət olsa da, 15-20 faizini digər xalqlar təşkil edir.  Və onların hamısı da türklərlə eyni hüquqa malikdir, demək olar ki, həm parlamentdə təmsil olunurlar, həm də dövlətin  icra strukturlarında. Azərbaycanda yaşayan hər bir xalq öz dilində  məktəb aça bilər, qəzet  çıxara bilər, televiziya kanalı  işlədə bilər. Heç kimə fərq qoyulmur ki,  sən talışsan,  russan, ləzgisən, kürdsən, yəhudisən, inqiloysan, gürcüsən… Azərbaycanlısan, vəssalam. Buyur, keç  yuxarı başa, harda  xoşun gəlir, orda da otur.

 

Və dövlət hər bir kəsin  millətindən, dilindən, dinindən asılı olmayaraq  təhlükəsizliyinin  təminatçısıdır. Məhz elə buna görə də həm Birinci Qarabağ  savaşında, həm də 44 günlük Zəfər savaşında  Azərbaycanda yaşayan bütün xalqlar Vətən uğrunda döyüşə atıldılar. Şəhid oldular, qazi oldular.

Eləcə də Şuşada  keçirilən «Xarı bülbül» festivalında  necə döyüşdə  çiyin-çiyinə vuruşmuşdularsa, eləcə də bir yerdə  «Yallı» getdilər və hər bir xalq bu böyük bayram  konsertinə öz rəngini  qatdı.

 İndi ermənilər Azərbaycanda  yaşayan xalqlardan hansı  üstünlüyə  malikdilər ki və ya artıqdılar ki (əskikdilər, nəinki  artıq), onlara  xüsusi status və təhlükəsizlik təminatı verilsin?

Qarabağda yaşayan ermənilərin həmişə  öz ana dilində məktəbləri, institutları, qəzetləri və televiziyaları olub.

Əgər vətəndaşlığımızı qəbul eləsələr, ölkəmizdə yaşayan  bütün xalqlara  (içi biz türklər  olmaq şərtilə) verilən konstitusiya  hüququ  təbii ki, onlara da şamil ediləcək.

Hələ bir  statusları  yadımdan çıxmışdı, bu başqa  xalqlara verilməyən statusdu – kirvəlik statusu.

TƏQVİM / ARXİV