adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Aqil ABBAS: ƏZRAYILIN ƏLİNDƏKİ ÇÜRÜMÜŞ ALMA

AQİL ABBAS
50979 | 2019-05-25 10:07

... AynaSultanovanın saçlarını dibdənqırxmışdılar, sir-sifətindəbir sağ-islahat yoxidi, əlləri stulunarxasında bağlanmışdı, ayaqlarıda stulun qıçlarına. O qədər əzab vermişdilərki, artıq heç bir ağrınıhiss etmirdi, bütünyaddaşını itirmişdi, özününkimliyini də unutmuşdu. Qarşısında onun kimi işgəncələrə məruz qalan, onun kimistula bağlanan adamın da əri HəmidSultanov olduğunu da bilmirdi.

Prometey kimi hər günqarğa-quzğunlar ürəyini söküb çıxarır, didim-didim didişdirirdilər...

...Əzrayılın əlindəkialma artıq çürümüşdü, iyi-filan da qalmamışdı.

Tanrının AynaSultanovaya verdiyi ömürə hələ çoxvardı. Əzrayıl bura Həmid Sultanovun canını almağa gəlmişdi.Amma Tanrının yaratdığı bir yaradana verilən zülmə, işgəncəyə dözə bilmədiyindən nəyə gəldiyini unutmuşdu, HəmidSultanov artıq Tanrının verdiyi ömürdən çox yaşayırdı. Əzrayıl AynaSultanovanı xilas etməkistəyirdi, Əzrayıl olsa da buqadının çəkdiyi əzablara tab gətirmirdi, Tanrınınyazdığı ömürü kəsməyə cəsarət etmirdi.Sadəcə olaraq bir səlahiyyətindənistifadə edib bu yaradılan Yaradanın bütün hisslərini almışdı ki, buişgəncələrə dözə bilsin, necə ki,vaxtilə Prometeyə də belə bir yaxşılıq etmişdi.

HəmidSultanov bütün işgəncələrədözürdü, amma gözünün qabağındanamusunun belə təhqir olunmasına dözəmmirdi,ölmək istəyirdi, ölə bilmirdi. Gördüyü bu vəhşətdən dəhşətə gəlmiş ƏzrayılTanrının Həmid

Sultanovu öldürməkhaqqında əmrini təmiz yaddan çıxarmışdı.

Tanrının deyil,şeytanın qulu olmuşlar ərinin gözü qabağında xanımını zorlayırdılar, başına minbir müsibət açırdılar.Əzrayılın mərhəmətindənxanım bunu hisseləmirdi, amma əribunu görürdü, zarıyırdı, gahTanrıya yalvarırdı, gahqarğıyırdı, gah Əzrayılı çağırırdı. Əzrayıl yanında dayansada nə onun yalvarışlarını eşidirdi, nə də qarğışlarını- əlindəçürümüş alma, eləcəquruyub qalmışdı. Əgər Əzrayıl oidisə, bəs bunlarkim idi?! ƏgərTanrı insanların canını ona tapşırmışdısa, bəs onda Tanrının onaverdiyi bu səlahiyyəti mənimsəyənlərkimlər idi?! Bu işgəncəverənləri nə Fironun gününə salardı! Ammabu onun ixtiyarındadeyildi - hələ onların uzun bir yaşamları var idi.Əzrayıl ilk dəfə özünü çoxaciz hiss elədi.

Tanrının yazısıilə Ayna xanımın ömrünə 33 il 2 ay 15 gün2 saat 11 dəqiqə qalırdı. Deməli, bu qadın hələ 33il 2 ay 15 gün2 saat 11 dəqiqə bu işgəncələrlə yaşamalıidi. Daha Əzrayıldözə bilmirdi, əlindəki alma da təmizçürüyüb qurtarmışdı. Və Əzrayıl...

... Çürümüşalmanı Ayna xanıma iylətdi, amma o buiyi hiss eləmədi, heç əslində almanın iyi dəqalmamışdı, əlini atıbonun sinəsindəki ürəyi qopartdı,parça-parça olmuşdu bu ürək, qapqara qanın içindəydi.

Və bunu görən HəmidSultanovun daha Əzrayıla ehtiyacıqalmadı, çox rahat bir nəfəs aldıvə Tanrının yaratdığı bəndələrdən birincisioldu ki, əzrayılsız-filansız canını tapşırdı. Əzrayılın başıAyna xanımı xilas etməyə qarışdığındanHəmid bəyin canınıözü ilə götürməyi unutdu, Həmid bəyin canı eləcəqaldı bu divarların arasında.

Əzrayıl yalnızgöy üzünə qalxdıqdan sonra yadınadüşdü ki, Tanrının Həmid Sultanovuöldürmək haqqında əmriniyerinə yetirməyib və cəzalanacaq,özü də ağır cəzalanacaq. Çünkiikinci dəfəydi ki, Tanrının yazısını pozurdu. Birincidəfə bu əmri Nəsiminin dərisi soyulanda pozmuşdu, o böyük şairincanını bir saat əvvəl almışdı ki, Şeytanın Övladlarının verdiyi işgəncənihiss eləməsin...

Əzrayılın dözəbilmədiyi işgəncələri vaxtiləhər gün görənbu divarlar gördüklərini açıbdanışsaydılar millət dəhşətəgələrdi.

Divarlar da millətidəhşətə gətirməmək üçün susur və bildiklərinibir dövlət sirri kimi qoruyub saxlayırdılar.


TƏQVİM / ARXİV