adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7

Aqil ABBAS: MƏŞQÇİLƏRİMİZİN OXUMAMASI QƏTİ QADAĞANDIR!

AQİL ABBAS
49827 | 2019-08-30 10:00

Belə bir film var – «Əfsanə 17». Bu filmi bir neçə dəfə izləmişəm. «Oskar»a layiq filmdi, amma rus filmi olduğuna görə ona «Oskar»verməzlər.

Bir vaxtlar, daha dəqiq, 70-ci illərdə xokkeyin dünyada ən qüdrətli, eləcədə ən şöhrətli oyunçusu Valeri Xarlamov haqqındadı. Həmin vaxtlaro, Yuri Qaqarin qədər, Pele qədərhamının, hətta Sovetləri sevməyənlərin də sevimlisiidi. Və dünyanın ən sürətli xokkeyçisi idi. Meydançadasaatda 80 kilometr sürətlə qaçabilirdi. Sonra, 1981-ci il avqustun 27-də 33 yaşında avtomobilqəzasına düşdü və həlak oldu.

Yadımdadı, ölümündən sonra bir oyunzamanı hər iki komandanınxokkeyçiləri onun 5-6 yaşlarındakıoğlu Aleksandrı çiyinlərinə alaraqbütün meydan boyu dəfələrlə yürüş etdilər. Bütün stadiondakıtamaşaçılar da göz yaşları içində ayaq üstə alqışlayırdılar.

Aleksandr da sonra xokkeyçi oldu, ammabizim hamımız heç bir məsələdə atalarımızı keçə bilmədiyimiz kimi, o da atasını keçə bilmədi.

Ayın 27-də anım günüydü, Rusiya kanallarının birində ona həsr olunmuş «Əfsanə 17»-ni verirdilər.Həmişə diqqətim Xarlamovda cəmləndiyi üçün bəziməqamları qaçırırdım. Bu dəfə isə diqqətimi daha çox məşqçi Tarasov cəlb etdi. Heç kimə,hətta Brejnevə belə əyilməyən bir şəxsiyyət.Yalnız xokkey üçün doğulub, xokkey ilə yaşayan bir insan.

Filmi çözələmək istəmirəm, müəyyən məqamlaratoxunmaq istəyirəm. Torontoda Sovetlərilk dəfə Kanada peşəkarları ilə oynayırdı.Oyundan bir neçə günəvvəl Tarasovu baş məşqçilikdən çıxarıblar,təbii ki, Brejnevin xoşuna gəlmədiyiüçün. Tarasov gah televizorda izləyiroyunu, gah da həyətə düşüb yağışın altındaəlinə bir ağac götürüb havalı-havalı,özü də şaybasız özü-özüylə xokkey oynayır. Və Xarlamovun gedişlərinieləyir. Yenidən qayıdır televizor qarşısına, sakit otura bilmir.Elə bil meydançadadı, xokkeyçilərə göstəriş verir. Necə dünənki yazımda qeyd etdiyim kimi, Elbrus, Saşa, Adilmeydanın kənarında dayanıb oyunçulara göstəriş verirdilər.

Orda qəribə ifadə də işlədir,qapıçıya bağıraraq deyir: «Zaşişay vorota,kak Rodinu zaşişayeş!»

Bəzən atalarsözlərini başqa dilə tərcümə eləmək olmur, ürəyin istədiyin kimi alınmır.Mən bu ifadəni atalar sözü kimi qəbulelədim, ona görə də tərcümə eləmirəm.

Tarasovun timsalında məşqçininöz komandası üçün, hər bir oyunçusu üçün necə yandığını görmək mümkündü.Məşqçi belə olur.

Həmişə yazmışam və yenəyazıram, bir məşqçi ki komandası uduzandansonra içindəki məğlubiyyət acısını bir təkliyə çəkilibgöz yaşlarıyla soyutmursa, getsinhoppanmağının dalınca.

Filmə baxdıqdan sonra uzun müddət təsirindənçıxa bilmədim. Və Lobanovskini xatırladım. O da futbolüçün doğulmuşdu, fuibolla yaşayırdı və futbolla da öldü. Çox soyuqqanlıidi, oyun vaxtı da oyuna müdaxilə etməzdi. Elə öz yerində oturubnehrə kimi çalxalanardı. Dünya futboluna belə birməşqçi gəlmədi və gəlməyəcək də.«Dinamo» Kiyevi dünyanın 10 ən güclü komandaları sırasınaçıxarmışdı. Komandası ilə dəfələrlə bütün titulları qazanmışdı. Moskvanın arxalıklublarının hamısına ot yoldururdu.Tarasov kimi ona datələlər qurulurdu, amma o, öz soyuqqanlılığıilə bütün tələlərdən çıxa bilirdi. O da həroyunçunun üstündə öz balası kimi əsim-əsim əsirdi.

Futbolu bilənlər bilir, o, Buryakı gedib əyalətdən gətirəndə hamı etiraz eləmişdi ki, bu çəlimsiz uşaqdan heç nə çıxmaz, yeriyəndə ayağı ayağına dolaşır. Amma o, Buryakın içindəki qığılcımı görmüşdü.Əyalətdən götürüb gəldi, onu öz evində saxladı.Məşq-zad elətdirmirdi, sadəcə yedirib-içirdirdi,pərvanə kimi başına fırlanırdı. Təxminən 7-8 ay onun qulluğunda durandan sonra məşqəburaxdı. Və sonra Buryak da dünyanın ən məşhurfutbolçularından birinə çevrildi. O çəlimsiz bədəni ilə 30-35 metrdən həm elə-belə, həm də cərimə zərbələrindən qol vururdu.Sonra belə uzaq məsafədən cərimə zərbələri ilə qol vuran Roberto Karlosu görmüsüz.

Soyuqqanlı və 90 dəqiqə oturduğu yerdə nehrə kimi çalxalanan Lobanovski. Nə qolvurulanda atılıb-düşərdi, nə də oyunvaxtı başqa məşqçilər kimi, necə indi görürsüz, kənardan bağırıb-çığırmazdı,o tərəf-bu tərəfə qaçmazdı. Çünki oyunu əvvəlcədənqururdu. Ola bilərdi ki, fasilədəoyunçularına nəsə desin, amma eləfasilədən sonra da yerində oturub çalxalanırdı.

Belə soyuqqanlılıq bizim Qurban Qurbanovda da var. Düzdür, o,oturub Lobanovski kimi çalxalanmır. Əllərini qoynuna və ya çənəsinə qoyub ayaq üstə 90 dəqiqə oyunu izləyir, heç qol olanda daatılıb-düşmür. Amma bilmirəm, o, Lobanovskikimi əyalətləri gəzib içində qığılcım olanburyakları tapıb gətirir, yoxsa yox?! Amma deyəsən axtarır, çünki son zamanlar«Qarabağ»da içində qığılcım olan bir neçə yerli gəncfutbolçu var. Və görürəm ki, onlara daetibar edir.

Bu yazını niyə yazdım? İstədim Azərbaycanınməşqçiləri həmin filmə baxsınlar.Və bir də həmin rejissorunViktor Tixonova həsr etdiyi «Məşqçi» filminə. Özü də dəfələrlə baxsınlar, görsünlər məşqçi necə olur.

Sonda da iki sözardı.

Xokkeyin az qala futbollarəqabət apardığı bir vaxtlardı. Ağdamda çayxanalarda söhbətlərin mövzusuxokkeydi.

«Dostluq» kinoteatrının arxasındakı böyük çayxanada xokkey mübahisəsigedir. Söhbətin əsas mövzusu qapıçı Sidelnikovdu.

Bu vaxt Fazil müəllim (kinoteatrın direktoru) girdi çayxanaya, mövzunu tutdu və gülə-gülə dedi:

- Ayə, ya o Sidelnikov,ya da bizim qapıçı Hidayət, gələnə deyirkeç içəri.

Hidayət kinoteatrınqapıçısı, yəni bilet yoxlayanı idi, çox adambilet almazdı, pulu basardı Hidayətn ovucuna, o dadeyərdi keç.

İkinci sözardı.

Moskvada «Dinamo» KiyevBrejnevinsevimlikomandası«Spartak»laoynayır. Hakimdə bizimhəmyerlimiz,həmdə fəxrimizEldarƏzimzadədi. Yuxarıdantapşırıqgəlibki, «Spartak»udmalıdı. Əzimzadə olub «Spartak»ın 12-cioyunçusu. Kiyevliləridə tərpənməyə qoymur, oqədərhaqsızlıqedirki, bəlkə də dünyafutbolundailkvə sonböyükhaqsızlıqidi. Nə isə, Lobanovskidə çalxalanır. «Spartak» oyunu uddu, Lobanovski də sakitcədurub getdi. 10-15 yoldaş oturub oyunabaxırdıq. Oyundan sonra dedim ki, uşaqlar, bu, Əzimzadənin sonuncuoyunu oldu, Lobanovski bunu onda qoymaz.

Doğrudan da elə ondan biraz sonra Əzimzadəni yaşıl meydançalarda görənolmadı.


TƏQVİM / ARXİV