adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Aqil ABBAS:SƏRHƏDLƏRİN  AÇILMAMASININ SƏBƏBİ BİLİNDİ

AQİL ABBAS
517 | 2022-06-30 13:37

Adını unutduğum  bir alman filosofu başını daşa döyüb yazıb ki, «Allah yer üzünü yaradanda Azərbaycanı cənnət yaratdı. Sonra qorxdu ki, hamı qaçıb Azərbaycana gedəcək, ona görə də hər kəsə öz vətənini şirin elədi».

İndi fikirləşin, sabah Operativ Qərargah qərar  çıxartdı, sərhədləri açdı, aləm dəyəcək bir-birinə. İlan mələməz  səhralarda yaşayan, hər gün  yanacağın, qazın (yeməli qazın yox ey, yandırılan qazın), enerjinin və qida məhsullarının qiyməti durmadan artan avropalılar, siklonların meydan suladığı, burulğanların şəhər və kəndləri dağıtdığı, fırtınaların baş verdiyi  Amerikada yaşayanlar, 50-60 dərəcə istidə bürküdən nəfəs ala bilməyən ərəblər hamısı  qaçıb töküləcək Azərbaycana.  Hələ mən İranda yaşayan  azərbaycanlıları və farsları demirəm. Arağına bol, çaxırına bol, maşallah, şərab zavodlarımız  beşillik  planı  üç ildə yerinə yetiriblər, hamısı sıçrayıb sərhədi  aşıb gələcəklər Azərbaycana.

Bir tərəfdən də Ukraynada Rusiya  bombalarının altında yaşayanlar, evləri-eşikləri  dağılanlar bilirlər ki,  biz qonaqpərvərik və Azərbaycan da cənnətdir onlar da  üz tutacaq ölkəmizə.

Ona görə də  məcburuq  sərhədlərimizi bağlamağa. Hələ imkanımız olsa, dənizin  qırağını  hasarladığımız kimi,  sərhədlərimizi də  hasarlayarıq.

 

TƏQVİM / ARXİV