adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Aqil ABBAS: YAXŞI Kİ MƏNİ VURDULAR, SƏNİ VURSAYDILAR ELƏ BİLƏCƏKDİLƏR MƏN VURDUM

AQİL ABBAS
98885 | 2020-02-17 09:00

Qarabağ savaşı ilə bağlı yüzlərlə məqaləyazmışam və bir neçə də bədii əsər: «Çadırda Üzeyir Hacıbəyov doğulabilməz», «Qiyamət gecəsi», «Qar üstündə qan çiçəyi». Amma müharibənin faciəsini,ağrı-acısını, dəhşətini bu əsərlərdə istədiyimkimi göstərə bilməmişdim. Bu dəhşət də, bu ağrı-acı da, bu faciə də içimdəyığılıb qalmışdı, məni rahat yaşamağa qoymurdu. Şəhidlərimizə, şəhid analarına, qazilərimizə bir yazıçı kimi borcumu istədiyim kimi qaytara bilmirdim.

Bir mövzu məni almışdı qoynuna. Ha çalışırdım istədiyim kimialınmırdı. Hətta gecələr yazacağıməsərdəki qəhrəmanlar yuxumagirir, səhər isə bəzən bütüngünü onlar haqqında fikirləşirdim.

Hardan başlamaq?.. AllahverdiBağırovdanmı, Fred Asifdənmi, Eldar Bağırovdanmı, Əliyar Əliyevdənmi, Vəzir Orucovdanmı, Şuşalı Ramizdənmi, Laçınlı ArifPaşadanmı?! Əlimə qələm alırdım, gözümün qabağına nəşini maşınaqaldırmağa gücüm çatmayan Zakir Fəxrinin qardaşıKamil gəlirdi, Rey gəlirdi.Reyin qucağında can verən Sənan (Hacı Əkbər Rüstəmovun oğlu) gəlirdi. Gözlərim dolurdu.Başlarındakı yaşıl lentə «Ya Əli»,«Ya Hüseyn» yazılmış, özlərini tankaltına atan, hələ qız görməmiş yeniyetmələrgəlirdi. Göz yaşlarım yazmağa qoymurdu.


Hardan başlayım, kimdən başlayım?.. Əlindəki pulemyotaavtomat deyən, «məllim, əlimdə buavtomat öləcəm»- deyib bir həftə sonra şəhid olan ŞelliXosrovdanmı?! Özünü tankın altınaatan Hindarxlı Etibar İsmayılovdanmı, Fred Asifin qardaşı, özü avtomatdan bir az buxunlu olan Səxavətdənmi,yoxsa Ədalətdənmi?! Və ya bu gün adgünü olan, savaş başlayanda 17 yaşıolan Elməddin Sərdardanmı? Bu igidlərin adısaymaqla bitməz. Əsərin üzərində xırda-para işləyirdim, özü də hər yerdə cizgilərini cızırdım: təyyarələrdə də, getdiyim yerlərdəçörək yediyim vaxtlarda da, bəzən qəzetlərinkənarındakı ağ yerlərə yazırdım, bəzən salfetka kağızına. Elə olurdufikir beynimə gəlirdi, kağız tapmırdım, siqareti boşaldıb, onun qutusunayazırdım. Stolun bir gözü kağız parçaları ilə dolu idi. Bu əsərbeynimdə düz 14-15 il fırlandı.

Nəhayət, bir gün ElməddinSərdarla şəhid olmuş uşaqlarla, yeniyetmələrlə bağlı dərdləşirdik. Çox qəribə bir hadisə danışdı.

Elməddin uşaqlıqdan bir yerdəböyüdüyü əsgər dostu ilə dalaşır.Komandir onları aralaşdırır. Amma onlar hamının içində and içirlər ki, ilk fürsətdəbir-birlərini öldürəcəklər. Əsgəran tərəfdədöyüşlərdə bir yerdəvuruşurlar. Bu vaxt Elməddininöldürəcəyinə söyüş qoyduğu uşağagüllə dəyir, ağır yaralanır. Elməddin onu döyüşxəttindən çıxarmağa çalışır. Canverən uşaq isə deyir:

- Nə yaxşı gülləmənə dəydi, sənə dəysəydi elə biləcəkdilərki, mən vurdum.

Və həmin igid dəElməddinin qucağında Tanrıyaqovuşdu.

Bu dəhşətli səhnəgözümün qabağına gəldi.Bir müddət nə qədərelədim həmin səhnəgözümün qabağından getmədi.


Vəbu, mənim «Dolu» romanım üçünbir açar oldu. Çox qısa müddətdə romanıyazıb tamamlaya bildim: 15 ildi mənim yazmaq istəyib, yazabilmədiyim «Dolu» romanım belə yarandı.

Mənim romanımdakı Pələng obrazı ElməddinSərdardı. O yaşayır, amma mən biryazıçı namərdliyi edib əsərdəonu öldürdüm. Elməddin hamı kimi bir günöləcək. Amma əsərdəki Pələng heçvaxt ölməyəcək.

Bu gün Elməddinin ad günüdü. Və Elməddin tezliklə başlayacaqQarabağ müharibəsində, əlil olmasına baxmayaraq, yenə əlində silah öndə vuruşacaq və inşallah, azadolmuş Şuşada şəhid olacaq.Mən bunu bütün qazilərimizə və özümə də arzulayıram.

Şəhidlər ölmür, Tanrının dərgahınaqovuşurlar!


TƏQVİM / ARXİV