adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7

Aqil ABBAS:KİMDİR MÜSƏLMAN: ARZU DOKTORMU, YOXSA ƏRƏB ŞEYXLƏRİ?

AQİL ABBAS
73384 | 2017-12-20 10:05

Hər dəfə Qarabağayolum düşəndə imkan tapıb üç müqəddəs ocağıziyarət edərəm: Bərdədə Seyid Yusif Ağanı,Ağdamın Çəmənli kəndində Seyid Lazım Ağanı və bir də Ağcabədidə doğulduğum Bayatkəndinin Kolanı tirəsində Seyid Heydər Ağanı. Ruhlarına bir «Fatihə» oxuyaram, imkanım daxilində nəzir-niyazverərəm. Və bəlkə də çox adam da bilmir ki,bu ocaqlarda toplanan nəzir-niyazlar, kəsilənqurbanlar imkansızlara paylanır. Bu mənəatamdan qalma bir mənəvi mirasdı.

Bir də qəbiristanlıqların yanındankeçəndə radionu və ya maqnitofonusöndürərəm və orda yatanların ruhunabir «Fatihə» verərəm. Bu da mənə atamdanqalma mənəvi mirasdı.


Türkiyədən bir yazıçı dostum gəlmişdi. Onu Azərbaycanı gəzdirirdim. Və təbii ki, yenə qəbiristanlıq yanından keçəndə maqnitofonu söndürürdüm.Soruşdu ki, Aqil bəy, hərdən maqnitofonu niyə söndürürsən və «Fatihə» verirsən?Dedim ki, qəbiristanlıq yanından keçirik, orda yatanların ruhuna hörmət əlaməti olaraq.

Bir qədər təəccüblə dedi:

- Mən də fikirləşirdimki, bu Rəşad Məcid də niyə tez-tez maqnitofonusöndürür. İndi başa düşdüm. Nə gözəl adətdi.

Yenə Ağdamda SeyidLazım Ağanın ocağını ziyarət etməyə getmişdim, qəribə bir mənzərə gördüm. Ocağın ərazisi böyük bir tikinti meydançasına çevrilmişdi. Ağanın qəbriüzərindəki kiçik məqbərə sökülmüş yerində möhtəşəm bir məqbərə ucaldılmışdı.Məqbərə İtaliya mərməri ilə üzlənib. Tavanından iri büllur bir çilçıraq asılıb (sonradan öyrəndim ki, İtaliyadangətirilmiş bu çilçırağın qiyməti təxminən2 milyon dollardı). Ocağın yanında artezian quyusu vurulub. Bu arteziandan kəndə su çəkilib. Həyətə mərmər döşənib, gül-çiçəkəkilib, ağaclar əkilib, qadınlar və kişilərüçün ayrı-ayrı mərasim zalları tikilir, mətbəx tikilir, qurban kəsimi yeri tikilir,açıq havada oturmaq üçün talvar tikilir, ocağın ətrafı abadlaşdırılır.


Camaatı yaxşı tanıdığımdanbilirəm ki,vaxtilə Dünyanın Ən Varlı Şəhəri Ağdam kimi Ağdamı tikən ağdamlılar arasında bu qədər vəsaitə sahib ağdamlı yoxdu.Maraqlandım ki, seyid ocağına bu qədər vəsait xərcləyən kimdi? Həyətin bir küncündə çaysüfrəsi arxasında üç-dörd nəfər oturmuşdu,hansısa eskizin üzərində işləyirdilər. Dedilərki, odur ey, oturub orda Arzu doktordu.

Arzu doktor haqqında,onun xeyirxahlığı, insanlığı, dostluqda sədaqətibarədə dostum Toğrul Rəhimovdan çox eşitmişdim,amma üzünü görməmişdim.

Yaxınlaşdıq görüşdük.O, məni dərhal tanıdı:

- Siz Aqil Abbassız,yazıçı. Sizin haqqınızda Toğrul çox danışıb.

Mən də güldüm:

- Elə sizin haqqınızdada Toğrul müəllim mənə çox şey danışıb. Başqa regionlarda da gördüyünüz xeyirxah işlərdən xəbərim var.

Çay süfrəsi arxasında xeyli dərdləşdik. İxtisasca doktor olmasınabaxmayaraq, gördüm ədəbiyyatı, incəsənətiçox yüksək səviyyədə bilir. Yəni söhbətimiz tutdu.


Yanımda bir dostum vardı. Xəstəsi vardı, neçə müddətdi müalicə etdirirdi, Türkiyəyə dəaparmışdı xeyiri olmamışdı. Arzu doktora dərdini açdı. Doktor onu diqqətlə dinlədikdən sonra götürdü İsraildə kiməsə zəngelədi. Dedi ki, Aqil adında bir dostumunqohumu xəstədi, o tibb dilində izah elədi.Dedi onu göndərəcəm, müalicəsini təşkil edərsən. Sonra telefonu mənə verdiki, bir özün də danış, tanış ol. Danışdım, tanış olduq, sonra dostumla da danışdı,dedi xəstəni göndərərsiniz.

Biz ocağa ayaq basarkən birinci Ağanın məzarını ziyarətetmişdik, mən «Fatihə» oxumuşdum, dostum isə üzünü göyə tutub demişdi:

- Ya Allah, seyidlərincəddi cənabi Peyğəmbər xatirinə … şəfa ver.

Soruşdum ki, doktor,səndə seyidlərə bu sevgi hardandı? Dedi ki, seyidlər imam, peyğəmbərövladlarıdı, Allahın ən çox sevdiyi bəndələridi,mənə də bu sevgi Allahdan gəlir.

Qəzzə, Fələstin,Suriya, İraq , Yəmən, Liviya, Tunis dağılır. On minlərlə uşaq acından, yüz minlərləinsan başlarına tökülən bombalardan qırılır. Başqa ərəb dövlətlərinin şeyxləriisə qızıl unitaza oturur.


Ermənilər Qarabağdakıməscidlərdə donuz saxlayır, ərəb şeyxləriisə Ermənistana maya qoyur,investisiya qoyur. Elə dunən bir topası Yerevandaydı. Bunu istənilən qədər uzatmaq olarvə sair və ilaxır.

İndi kimdir əsl müsəlman? Məscidlərdə donuz saxlayan ermənilərləqardaşlıq eləyən ərəb şeyxləri, yoxsa Arzu doktormu?

Arzu doktor yəhudidi!



TƏQVİM / ARXİV