adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

AQİL ABBAS:SEVGİLİ EMİN ÇÖLAŞANA BİR KAÇ KƏLMƏ

AQİL ABBAS
76754 | 2018-02-11 10:40

Sayın Emin bəy, bizlər də sizinsevgili okurlarınızdanız və «Sözçü»Azərbaycanda bəlkidə ən çox izlənən bir qəzetdi. Çünki bu qəzet öz ətrafınaTürkiyənin ən ünlü və ən demokrat ruhlu UğurDündar, Yılmaz Özdil, Can Ataklı, Rahmi Turan, Necati Doğru, Söner Yalçın, SayğıÖztürk kimiAtatürkçü yazarları toplayıb.

Siz bizim sevilə-seiləokunan bir yazarımızsız.Uzun yıllardır,sizi izləyirik. Hətta sizi«Hürriyyət» qazetəsindənhaqsızolaraq çıxaranda da Azərbaycanaydınlarının çoxu buna təpgi göstərmişdivə sizi dəstəkləmişdi. Onlardan biri bənidim və bənim çalışdığım «Ədalət» qazetəsiidi. Türkiyəyə yolumuz düşəndə də bir neçə yazarın kitabını arayıbalırıq ki,onlardan biri,bəlkə də birincisi sizsiniz.

Və hərdən də sizinköşə yazılarınızı bizim qazetədəöz türkcəmizdə işləyib Azərbaycan okurlarınaçatdırırıq. Sizin bugünkiköşənizin də bizim okurlar üçün maraqlıolduğunu nəzərəalıb dərc etdik.

Amma bir məsələyəmünasibət bildirməyi kəndiməborc bildim. Haklı olaraq «Zeytun dalı» əməliyyatında Türkiyənin təkləndiyini, xüsusilə də İslam ölkələrindən dəstək ala bilmədiyini yazırsız. Və eləcə də bu ittihamın bir ucunu da Azərbaycana tuşlayırsız:«HARDADIR BİZİM 2 MİLLƏT BİR DÖVLƏT DEDİYİMİZAZƏRBAYCAN?... MADDİ DEYİL, MƏNƏVİ BİR DƏSTƏK DƏ AXTARIRIQ, AMMA TAPA BİLMİRİK!»

Ötən yazılarınızınbirində də Azərbaycanla bağlı xoşagəlməz bir ifadə işlətmişdiz. Onda da nəsə deməkistədim, amma sizə olan hörmətə görə fikrimdəndaşındım. Amma bu dəfə cavab vermək zorundayam.Niyə?

Azərbaycanda belə bir fıkra var, yəqin ki, bu fıkra elə sizdə də var.

Bir şairi şahı tənqidetdiyinə görə şahın əmriylə bağlayırlar bir ağaca, sonra da şah əmr edir ki, hərkəs ona bir daş atsıın. Daşlayırlar, şair qəti səsiniçıxarmır. Qan içindədi, amma susur, ah-ufeləmir. Şairin bir arkadaşı da baxır-baxır,nəhayət, şahın korkusundano da yerdən bir kəsəkgötürür və atır şairə. Şair necə çığırırsaşah da təəccüblənir. Deyir ki, sənə bir belə daş atdılar, bir dəfə «uf» demədin,amma nasıloldu ki, adi bir kəsəyə dözmədin və bağırdın?

Şair deyir:

- Şah, o kəsəyi atan mənimarkadaşımdı, ona görə çokağrıtdı məni.

İndi sayın Emin bəy, Türkiyə medyasında bizə daş atanlar çoxdu, amma o bizi incitmir. Sizin atdığınız kəsək isə çox incidir,çünki sizi dostumuz bilirik, arkadaşımızbilirik, hocamız bilirik.

Türkiyədən bizə daş atılanda bizim aydınlar qaytarıbo daşı Türkiyəyə və türklərə atmırlar. Əksinə,bundan rəncidə olan xalqa çatdırırlar ki, o daş atanlar türklər deyillər və o daşatanlar Türkiyə demək deyil, boş verin.

Bursada bizim ay-yıldızlı bayraqlarımızı çöpə atandatəbii ki, xalqımız çox sinirlənmişdi. Amma içi mən qarışıq aydınlarımız həm televizyonlarda,həm də qəzetələrdə dedi və yazdıq ki, bir valinin və ya bir bələdiyyə başkanınınbir axmaq hərəkətini türklərin və Türkiyəninayağına yazmaq olmaz.

Eləcə də sayın cümhurbaşkanıAbdullah Gül Xocalı soyqırımının komutanını, cocuq qatilini evində ağırlayıb, xanımınaona plov bişirdəndə də biz aydınlar yenədə bu məsələyə çox soyuqqanlı yanaşdıq. Türkiyəni ittiham eləmədik, politikadır, olur belə şeylər dedik.Belə misalları artırmaq olar, istəmirəm.

İndi gələk sizin ittihamınıza.

Azərbaycan bir qardaş ölkə kimi həmişə Türkiyənin yanında olub və olacaq.Həm ekonomikbaxımdan, həm də mənəvi baxımdan.

Bütün basqılarabaxmayaraq, Ulu Öndərimiz Heydər Əliyev geri çəkilmədi, Türkiyənin xeyiri üçün petrolboru xəttini Ceyhanaçəkdirdi, Bakı-Ərzrum qaz boru xəttini çəkdirdi.Sayın cümhurbaşkanımız İlham Əliyevheç bir dünya bankalarından kredi almadanvə Gürcüstana aşağı faizlə kredi verməklə Bakı-Tbilisi-Qars dəmiryolunu tikdirdi. Təbii ki, burda Azərbaycanınöz çıkararı var. amma Türkiyənin çıkarları heç də bizdən az deyil. Azərbaycan Türkiyəyə qazı başqa ölkələrə satdığıfiyatdan ucuzsatır. Yəqin ki, TANAP projesindən də haberinizvar. Bu projeninhayata keçirilməsində də sayın cümhurbaşkanımız çox böyükdövlətlərlə üz-üzə gəldi, amma geri çəkilmədi.

Azərbaycan qapılarınıtürk iş adamlarına açıb. Bəlkə də Azərbaycanda bine yakın şirkətləriniz fəaliyyət göstərir və para qazanır. Halal xoşunuz. Maddi dəstək necə olur?

Kaldımənəvi dəstəyə. Biz həmişə Türkiyənin yanındayıq.Türkiyəyə atılan hər hansı bir daşıAzərbaycana atılmış hesab edirik. Heç uzağa getməyək, bu yakınlarda Praqada Ermənistanın cümhurbaşkanı Türkiyənin əleyhinə konuşmuşdu. Sayın Ərdoğan da həmin konfransdaiştirak etmirdi. Onda sayın cümhurbaşkanımızİlham Əliyev qalxıb Sərkisyanın sözünü kəsmişdi və demişdi: «Türkiyə burda yoxdu,mən burdayam!»

Rusiya turistlərini Türkiyəyə buraxmayanda sayın cümhurbaşkanımızailəsini götürüb turist kimi istirahətini Türkiyədə keçirtdi. Və sair və ilaxır.

Gələk «Zeytundalı» əməliyyatına, çox təəssüflər ki, sizlər bizim qazetələrii və siteleri izləmiyorsunuz. İzləsəydiz bilərdiz ki, elə həmin gün Azərbaycan «Zeytundalı» operasiyonunaçox böyük mənəvi dəstəkverdi. Həm politikaçılarımız, həm aydınlarımız, yazarlarımız, həm də sivilinsanlarımız.Və demək olar ki, hər gün Azərbaycanın bütün mediya kurumları «Zeytun dalı» operasiyonunadəstək nümayiş etdirən genişyazılar dərc edirlər. Şehidmehmetciklərə də burda yas tuturlar. Sizlər qədər bizim də ürəyimizi parçalayır mehmetciklərin şehid olması. «Başın sağ olsun, Türkiyə» deyə şəhidlərinşəkilləri qəzetlərin birinci səhifəsindədərc olunur.

Azərbaycan mediyasınıizlemişolsaydınız görərdiniz ki, elə həmin gün yüzlərlə azərbaycanlı gənc, Qarabağ döyüşçüləri, həttaəl-ayağını itirmiş Qarabağ qaziləri Türkiyəvə Azərbaycan bayraqları ilə Türk Böyük Elçiliyinin qarşısına gəlib Afrində döyüşməkistədiklərini bildirmiş, həm sayın İlhamƏliyevə, həm də sayın Ərdoğana müraciət imzalamışdılar ki, onların Afrində gedibmehmetciklərlə birgə terrorçularla savaşmalarına iznversinlər. VəQarabağ savaşının kahramanı,Türkiyənin də çox sevdiyi İbad Hüseynov onunla birgə Qarabağda savaşmış arkadaşlarıilə birlikdə səhərisi gün Türkiyəyə uçmuş, Hataya getmiş, mehmetciklərlə görüşmüş və «YANINIZDAYIZ!» demişdi.

Sayın Emin bəy, mənəvi dəstək nasılolur? Əvvəldə qeyd etdim , siz Türkiyədə çox sevilirsizvə sizin kaleminizintürk kamooyunda böyük təsir gücünə malikdi. Yəni türk xalqı sizin kaleminizeinanır. Sizin adi bir sözünüz qardaşlarımızı bizdən küsdürəbilər. Ona görə bu məktubu yazdım. Dostunatdığı kəsəkdaha çox ağrıdır axı.


TƏQVİM / ARXİV