Avstriya kansleri Putin və Zelenski görüşü ilə bağlı yeni təklif irəli sürdü

139 | 2025-08-20 19:00

Avstriya kansleri Kristian Stoker Rusiya prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Volodimir Zelenski arasında mümkün görüşün Vyanada keçirilməsini təklif edib.

Adalet.az xəbər verir ki, bu barədə kansler Avropa İttifaqının 27 dövlət və hökumət başçısının çərşənbə axşamı onlayn sammiti zamanı bildirib.

"Paytaxtımızın dialoq məkanı kimi qədim ənənələri var və beynəlxalq təşkilatların, xüsusən də ATƏT-in burada yerləşdiyini nəzərə alsaq, görüş üçün əla yerdir", - kansler vurğulayıb.

TƏQVİM / ARXİV