Soyuq müharibə, kütləvi silahlanma, qarşılıqlı təhdidlər, güclərin nümayişi, dünya xəritəsini yenidən dəyişmək cəhdləri və nəhayət ağılsız bir addım dünyanın sonunu gətirə bilər.
Son zamanlar hegemon dövlətlərin- ABŞ, Rusiya və
Çin Xalq Respublikasının arasında yaranan gərginlik Donald Trampın "tvitlərinin"
sayəsində daha da qorxulu vəziyyətə gəlməkdədi.
Prezident seçkiləri ərəfəsində düyaya sülh vədləri
verən Tramp hazırda vəziyyəti daha da gərginləşdirən çıxışları ilə bir daha
göstərir ki, Birləşmiş Ştatlarda qərarları heçdə prezident vermir. Bu da təkcə hansısa
biir dövləti deyil, bütün dünyanı təhlükə altına salır.
Hazırda 5-6 dövlətin əlində olan nüvə silahları bir
neçə dəfə dünyanı məhv etmək gücündədi. Nüvə silahlarının yayılmaması barədə müqavjilələrin
böyük nüvə potensialına malik bir dövlət tərəfindən pozulması fəlakətlərə səbəb
olmaq təhlükəsini daha da artırır.
Artıq müasir texnologiyalarla yaradılan raket kompleksləri
əvvəllər 1 saata qət etdikləri məsafələri artıq işıq sürətindən bir neçə dəfə artıq
müddətə, 7-8 dəqiqəyə qət etmək iqtidarındadı. Bu isə o deməkdi ki, artıq verilən
hər hansı bir həyəcan siqnalının yoxlanılması, dəqiqləşdirilməsi üçün vaxt qalmır.
Nəzərə alsaq ki, illər öncə Petrov soyadlı bir zabitin sayıqlığı texniki xəta
nəticəsində verilən nüvə həyəcanı siqnalı dərhal "qırmızı xətlə" yoxlaması
ilə böyük bir faciənin qarşısı alındı. Həmin vaxt ona bunun üçün ona 27 dəqiqə vaxt
lazım oldu. Yəni bu müddətə qəbul edilən siqnalın dəqiqliyi yoxlanıla bilər. Bilirdirilir
ki, İndiyədək minlərə nüvə həyəcanı yaşanıb.Lakin yoxlamalardan sonra
bu siqnalların ya yalan olduğu, ya da texniki nasazlıqdan baş verdiyi aydınlaşdırılıb,
zaman buna imkan verdiyi üçün yaşana biləcək faciələrin qarşısı alınıb.
Müasir dövrdə texnologiyanın inkişafı ilə nüvə kompleksləri
tamamilə yenilənmiş sistemlərlə təhciz olunur. Bütün komplekslər həttda mərkəzi
qərarkah məhv edilərsə belə, təhlükə vaxtı heç bir komanda olmadan hamısı birdən
avtomatik işə düşə bilir. Düzdü, bir sıra siyasi ekspertlər hesab edirlər ki, bütün
gərginliklərə baxmayaraq nüvə müharibəsi baş verməyəcək. Amma kim təminat verə bilər
ki, hər hansı texniki nasazlıq baş verməyəcək və bu komplekslər avtomatik
işə düşməyəcək?
Rüstəm Hacıyev


Bakı -°C
