Mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azər Bayramovun 2025-ci il 17 aprel tarixli məktubuna əsasən Kəmalə Cəlal qızı Hümbətova Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının üzvlüyünə Maliyyə Nazirliyinin nümayəndəsi qismində seçilmişdir.
Adalet.az xəbər verir ki, bu barədə Auditorlar Palatasının sədrinin 2025-ci il 21 aprel tarixli 10-1/3-1-50/2025 nömrəli Əmri imzalanmışdır. Hal-hazırda Kəmalə Hümbətova Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin Təşkilatlarda uçot siyasəti sektorunun müdiri vəzifəsində çalışır.