Sosial şəbəkələrdə aktivliyi ilə seçilən (onun deyəsən başqa bir işidə yoxdur) Rusiya Federasiyası təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedev, özünün X sosial şəbəkəsindəki akkautunda yazır ki, Kiyev Ukraynaya qoşun yeritmək istəyən Almaniya, Böyük Britaniya və Fransa ilə müzakirə apararkən, mütləq onlardan nə qədər tabut qəbul edə biləcəklərini də soruşsun.
Xatırladırıq ki, Ukrayna prezidrntinin ofis rəhbəri Andrey Yermak, müdafiə naziti Rustam Umerov və XİN rəhbəri Andrey Sibiqa, ABŞ dövlət katibi Marko Rubio və Donald Trampın xüsudi elçisi Stiven Uitkoffla görüşmək üçün Parisə gediblər. Ukrayna nümayəndələri Parisdə, həmçinin Fransa, Böyük Britaniya və Almaniya nümayəndələri ilə görüş keçirəcəklər.
Rusiya təhlükədizlik şurasının sədr müavini diplomatik etikanın bütün çərçivələrini pozaraq yazır ki, "Ukraynanın faşist töt-töküntüləri olan rəhbərləri, Böyük Britaniya, Fransa və Almaniya ilə görüş zamanı onlardan, "Avropa nə qədər tabut qəbul edə bilər" məsələsini müzakirə edəcəklər"-deyə Medvedev təhqirlə yanaşı, təhdidlərə də yol verir.
Dmitri Medvedev daha əvvəl, Ukrayna silahlı qüvvələrini Krım körpüsünü bombalamağa çağırdığı üçün, Almaniyanın kansleri vəzifəsinə namizəd Fridrix Mertsi də təhqir edərək, "nasist" adlandırmış, onun atasının Hitler vermaxtında xidmət etdiyini bildirmişdi.
Formal olsa da, bu adamın beş il Rusiya prezidenti vəzifəsini və uzun illər RF-nın baş naziti postunu daşıdığına inanmaq olmur. Hazırda da mühüm dövlət vəzifəsi daşıyan Medvedev əsasən də, sosial şəbəkələrdə tutduğu vəzifəyə uyğun olmayan tərzdə, aşağılayıcı, təhqiramiz çıxışları ilə bütün diplomatiqk qaydalara uyğun olmayan çıxışları ilə gündəmdə qalmağa çalışır.
Medvedevin daxili xarakterinə yaxından bələd olan Rusiya prezidenti Vladimir Putin, bir vaxtlar onu özünün varisi kimi görürdü. Məhz ona görə, Medvedevi əvvəl baş nazir, daha sonra isə formal olsa da, RF-nın prezidenti vəzifəsində də sınadı. Lakin ağlı bir şey kəsmədiyi və bacarıqsızlığını görüb, onu öz gözünün qabağına gətirərək təhlükəsizlik şurasının sədr müavini vəzifəsinə təyin etdi ki, bekarçılıüdan sosial şəbəkələrlə başını qatsın, gününü keçirsin...