Tramp Ukraynaya "ağ bayraq" qaldırmağı təklif edir..? -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
320 | 2025-05-26 11:54

Almaniyanın "Zeit" qəzeti yazır ki, ABŞ prezidenti Donald Tramp, tezliklə hətta rəsmi Kiyevə sərf etməyən şərtlə olsa da belə, Rusiya-Ukrayna müharibəsini dayandırmaq niyyətindədir. 

"Tramp, Ukraynanın ciddi itkilərə məruz qalması şərtləriylə, tezliklə sülhə nail olmağa çalışır".

Trampın "sülhə nail olmaq" istəyi, əslində Ukraynanın məğlub olması deməkdir. Daha əvvəllərdə bildirdiyimiz kimi, Ukraynanın taleyi "Sem dayını" qətiyyən maraqlandırmır. ABŞ prezidentinin dəfələrlə Ukrayna prezidenti Volodimir Zelenskini aşağılamasının, Ukraynanın Krımdan imtina etməsini və Kiyevin işğal olunmuş ərazilərinin itirilməsi ilə razılaşmasını, əksinə Rusiya prezidenti Vladimir Putini tərifləməsinin və onunla yaxşı münasubətdə olduğunu bəyan etməsinin şahidi olmuşuq.

Xəbər verildiyi kimi, Avropa İttifaqı dövlətləri, qeyri şərtsiz atəşin dayandırılmasını tələb edirlər. Onlar, Ukrayna ilə bağlı Vatikanda aparılan danışıqlarda, Rusiyadan bir daha bunu tələb ediblər.  Avropanın aparıcı dövlətlərinin bu tələbləri ABŞ prezidentunin xoşuna gəlməyib və bəyan edib ki, onun ümumiyyətlə "qeyri şərtsiz" sözündən xoşu gəlmir.

Əslində, Trampın tezliklə "sülhə nail olmaq" cəhdləri, "yaxşı münasibətdə olduğu" Rusiya prezidentini çox da maraqlandırmır. Rusiya hərbi qüvvələri, ABŞ prezidentinin verdiyi hər ziddiyətli bəyənatlardan sonra, Ukrayna ərazilərinə, xüsusiyllədə yaşayış məntəqələrinə raket və dronlarla hücumlarının intensivliyini artırır.

 ABŞ prezidentinin "sülhə nail olmaq", "təcili atəşin dayandırılması" çağırlşları hələ ki, Rusiya prezidenti Vladimir Putin tərəfindən qulaq ardına vurulur. 


 

TƏQVİM / ARXİV