adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Bahalı VAXT - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
3522 | 2023-02-05 18:15

Əslində nədir vaxt???

Vaxt bizim bu fani dünyada mövcud olmaq, gəzmək-tozmaq, yemək-içmək, geyinib-kecinmək üçün sərf edə biləcəyimiz dövrə deyirik. Nisbi anlayişdır, əlbəttə... Kiminin sərf etdiyi zaman kəsiyi böyük dövrü əhatə edir, kiminin dövrü azdır... Buna qərarı biz vermirik – indiyə qədər mübahisəsi, davaları çox olub . Müxtəlif dinlər buna müxtəlif rakurslardan yanaşıb – nəticə yoxdu... Bildiyimiz bir həqiqət var ki, VAXT yaşadığımız məkanla bir müstəvidə birləşir. Köhnə dövrün adamı olduğum üçün yazdıqlarıma, tərzimə xüsusi diqqət verirəm. Yeni nəsil üçün bu problem yoxdur – nə istəsələr, necə istəsələr yazırlar... Yəni mənim işim yazmaq olduğu üçün yazı dedim. Müəllim öz işinə öz vaxtıyla, həkim də öz vaxtıyla yanaşır. Sanki kapital, ən böyük kapital, maddi nəsə desək onunla müqayisə oluna bilər. Amma demək olmur axı – kimin pulu çoxdu, vaxtı da çoxdu... Olmur... Pul çox olanda sənə bəxş olunmuş vaxt ərzində yaxşı yeyib-içə bilərsən, yaxşı geyinə bilərsən, yaxşı yerlərdə gəzə bilərsən...

Həmin gün ərzində bitəcək, vəssalam. Sərf etdiyin dövrü hansı şəhərdə, kənddə, ölkədə xərclədin? Bax, bu olur əsas məsələ. Tanıdığımız nə qədər insan gözəl ölkələrdə yaşayıb, ölməyə bu narahat yerə qayıdır?.. Guya burda ölmək rahatdır??? Prosesin özünün necə olduğunu kimsə anlamır zatən... Həmin prosesdən sonrakı dövr isə səndən sonra qalanlara bir xeyli problem yaradır – dəfn xərcləri, dəfn olunacağın yer və sairə, və sairə...

Yəqin düz etmədim – vaxt söhbətinə ölüm haqqında danışmaqla başladım. Amma vaxtın sonu gəlir də bir gün... Son gələnə qədər olacaqlar isə harda yaşadığını müəyyən edir. Heç nə qalmır, heç nə aparmırsan. Ancaq xatirələr...

...İnsanın həyatında elə günlər var ki, parlaq işıqlarla gəlir yaddaşa... Kölgə-filan olmur... Neçə illər keçsə də...

Uşaqlıq və yeniyetməlik çağlarımın incik yaddaş parçalarıdı xəstəxanalar...Əvvəl anam həmişə xəstəxanada olurdu. O vaxt səbəbini anlamırdım... Anasından ayrılmaq istəməyən balaca bir uşaq düşünün – həmişə başqa adamların himayəsində... Anasını ancaq xəstə paltarında, xəstə... İnsanın həyatında elə günlər var ki, parlaq işıqlarla gəlir yaddaşa... Kölgə- filan olmur... Neçə illər palatasında görür...

Həmin axşam anam məni çimdirdi, yedirtdi... və birdən evdə təlaş başladı... İkicə gün idi ki gəlmişdi evə, ikicə gün idi ki cıxmışdı xəstəxanadan... Artıq öyrəncəli olmuşdum, anam paltarlarını yığanda bilirdim ki, yenə xəstəxana məsələsi var. Ağlamağa başladım, sakitləşdirməkçün məni də özləriylə beşinci mərtəbədən aşağı düşürtdülər. Nənəm bizdə idi. Atam taksi dalınca qaçmışdı... Anam taksiyə minəndə lap bərkdən ağlayıb ətəyindən yapışdım, qucaqladı məni – sənə bacı gətirməyə gedirəm dedi... O vaxt heç indiki aparatlar, uzi- zad yox idi. Amma dedi, bacı gətirəcəm ))))

Həmin gecə bacım doğuldu... Vaxtından tez. 1966-cı ilin fevral ayının 2-də.

İndi xatirəyə dönmüş yaddaşımın içində ancaq mən və bacım salamatıq... Valideynlər də, nənəm də sağ deyil... Həyat dediyimiz budur... Nənəm də fevral ayında rəhmətə getdi... Amma 1984-cü ilin fevralında. Fevralın 12-də Sov.İKP MK-nın Baş Katibi Yuri Vladimiroviç Andropov vəfat etdi. Həmin gün kənddən də xəbər gəldi – nənəm rəhmətə getmişdi. Padşahla nənəmin eyni gündə ölməyi yəqin bir tale ironiyası idi. Çünki nənəm çox ağır həyat yaşamışdı, cavan gəlin dörd yetimlə dul qalmışdı. İkinci Dünya Müharibəsinin aclığından bu yetimləri kolxozda işləyə-işləyə çıxarmışdı, oxutmuşdu hamısını.

O gün dəhşətli qar yağdı. Dizə qədər. Hamı kəndə getdiyindən evdə atam, səkkiz aylıq körpə oğlum və mən qalmışdıq. Kimsə yox idi ki, başımıza bir iş gəlsə dadımıza yetsin. Maşınlar çətinliklə işləyirdilər, yollar buz idi... Həm də o vaxt indiki ərzaq bolluğu da yox idi. Atam ağır, zəhərli dərmanlar içdiyindən hər gün süd içməli idi. Südü isə səhər-səhər süd maşınında gətirib satırdılar. Ala bildin nə yaxşı, yoxsa qaldın südsüz . Həm də böyük növbə olurdu. Səhər tezdən durdum, körpə yatmışkən süd dalınca getdim, hamilə idim ikinci oğluma. Yol buz, qarnım burnumda, yolda yıxılsam mən orda qalacam, evdəkilər də evdə. Kimsə bilməyəcək. Nəsə, evimizlə süd maşını olan yolu az qala santimetrlə getdim. Südü aldım... Qayıdanda fikirləşdim ki, görəsən niyə belədi, nənəm öləndə də rahat bir vaxtda ölmədi? Dörd yetim böyüdən bu qadın belə zülmlü gündə dəfn olunacaq... 1984-cü il idi. O vaxtdan hər fevralın 12-də o qarı xatırlayıram...

Qəribədir, bu vaxt məsələsi niyə belə qısa, kəsik, yarıtmaz olur bizim kimi ölkələrdə??? Neçə nəslin həyatını xatırlayıram – həyat olmayıb... Həyat üçün başlanğıc maddə süd – onu çətinliklə alırdıq. O vaxt yəni.

Vaxt və həyat. Olmayan həyat, yaşamadığımız həyat... Gənclər gününü qeyd edirik guya... Dünya III Dünya Müharibəsinə hazırlaşır. Yalandan tərif vururuq...

Əslində siyasi mənzərə deyəbilərik. Vəhərölkəyəaid bir şey sayıla bilər. Kim güclüdüsə kənardakılara yumruq vurur, özünkünə qapaz...Yumruq indi populyardı – abidə də qoyuruq yumruğa... Qapaz haqqında da düşünməyin vaxtı çatıb. Qapaz olmadan yaşaya bilmirik. Yumruq xarici siyasətdi, qapaz daxili... Vaxt gələcək, qapaza da heykəl qoya bilərik...

Bu yaşa çatmışam–hələ görməmişəm yaxşı nəyisə düzgün ünvanına çatdırsınlar. Amma ola bilər də nəyəsə "pis" deyərsən–üstünə beşini də qoyub yollayacaqlar sahibinə. Ya da birbaşa özləri deyəcək... Kiməsə yaxşı deyib ona niyə dividend gətirsinlər ki? Hazır öz işini həll edər də...

Çatdı yəqin, nə deyirəm. Açıq deyə bilmirəm də.Xoş şey deyil axı... SUS!!!

Bu yaşa çatmışam, hələ görməmişəm ki, doğru-düzgün qiymət versinlər düşüncəyə və gözəl yazıya… Qiymət, dəyər də vaxt kimidi... Bahalı!!!

İnsan cəmiyyəti heç vaxt (ən ağır repressiya dövründə də) birfikirli, birdüşüncəli olmayıb. Hətta dəmirqapı SSRİ-də də anekdot, ya samizdat şəklində də öz fikrini bildirib... Siyasət lazımdı... Diplomatiya... Görən, səfirlər xoşbəxtdi??? Onların da başı Qarabağ söhbətinə qarışıb...

Baxıram xəbərlərdə... Məmləkətdə belədi–sata bilirsənsə alacaqsan. Fərqi yoxdu–18 yaşlı əsgəri, dövlətin maraqlarını, öz ləyaqətini...Vəzifəni, iş yerini, qəzet səhifələrini. Prinsip budur–sat... al...

Bu dövlət, bu dövlətin bayrağı uğrunda döyüşən bir ailədə böyümüşük. Kimsəyə təzim etmədən–amma bu gün dövlətin parası ilə "Qapalı Səhmdar Cəmiyyət"i quranlar xalqa və dövlətin başında duranlara hücum edir!!! Dövləti qorumalıyıq, bu da bizim borcumuzdur!!! Bu borc ancaq bizimdi???Neçə ildi qalıb boynumuzda? Genetikborclar!!! Oğurluq, quldurluq, riyakarlıq da genetik borcdu. Görürsüz necə uğurla yiyədurabilirlər, susa bilirlərvə xoşgünlü olurlar.

Amma ...

İnsan nə zombi deyil, nə də cəza dəstəsi deyil. Və əlini başına aparıb "sluşi" dayanmır. İnsanı tərbiyə eləməyin yolları var. Və bu da döyülməklə olmur. Bunu bəşəriyyət neçə min ildi düşünür.

Təbii, düşüncə varsa... O da kimə lazımdı??? Yazdıqlarımı oxuyan yoxdu zatən. Ancaq özlərinə lazım olanları oxuyurlar. Elə ediblər ki, online da oxuyan olmur. Zövq xətrinə yəni... Bir qrup xoşbəxt edib...

Kütləvi olankim qaldı??? Pensiyaçılar... Yazıqlar... Gördüm necə qocalır insanlar bizim məmləkətdə... Gənclər... Çoxlu idarələr açıblar... İntihar da kütləvi olub gənclər arasında... Qaçqınlar... Futbol komandası deyil ki, onların hamısı...

Mühacirlər... Əlbəttə yox... Müxalifət.... Yoxvallah... hamıya partiya yaratmayıblar...

Əslində çatışmayan insani hisslərdi… İrandan, Turandan yazmaq mümkündü, insanlığı unutmuşuq…

 

Bir hekayə oxumuşdum illər əvvəl. Zəngin bir adam bahalımaşında kəndin içində, yolda bir qızuşağını vurur. Hekayə birinci şəxsin həminanda xatırlamalarıdır – öz-özünə deyir, guyaböyüsə nə olacaq? Yekələcək, kökələcək, eybəcərləşəcək… Öldü, xilas oldu da… Yoxsulluqdan qurtardı… Bu anda görür ki, kəndcamaatı qəzəblə onunüstünə gəlir və döyməyə başlayır qəzaedəni… Yumruq, qapaz…Birgün belə də ola bilər…

 

 

TƏQVİM / ARXİV